Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pilotumuzun axtarışı ilə bağlı yeni AÇIQLAMA

Tarix: 12-08-2019 16:59     Baxış: 4171 A- / A+
Pilotumuzun axtarışı ilə bağlı yeni AÇIQLAMA


"MİQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb. Bununla bağlı başqa ciddi məlumat yoxdur. Həmin fraqmentlərin türkiyəli mütəxəssislər tərəfindən tapıldığı bildirilir, amma bu rəsmən təsdiqlənməyib. Bir azərbaycanlı dalğıcla, bir türk dalğıc suya girib, şəkillər çəkiblər”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Sabiq dövlət müşaviri bildirib ki, axtarışların aparılmasına hava imkan vermir: "Təyyarənin qalıqlarına doğru birinci hərəkət edən türk dalğıc olub. Bizdə olan məlumata görə, axtarışları bu gün də davam etdirməlidirlər. Ancaq hava şəraiti imkan vermir. Dalğıclar aşağı düşə bilmirlər”

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi iyulun 24-ü gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Xəzər dənizinə düşən hərbi təyyarəni idarə edən pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyev də itkin düşüb.

Təyyarənin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar