Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qabil Hüseynli: “Dedilər, 99.9% pilot kabinanın içərisindədir”

Tarix: 10-08-2019 13:50     Baxış: 3401 A- / A+
Qabil Hüseynli: “Dedilər, 99.9% pilot kabinanın içərisindədir”

"Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”.

Manevr.az bildirir ki, bu məlumatı yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli verib.

Q. Hüseynli bildirib ki, pilotdan heç bir xəbər yoxdur: "Pilotla bağlı heç nə deyə bilmirlər. Çünki təyyarə parça-parça olub. Kabinə hissəsinə yaxınlaşa bilmirlər. Buna səbəb isə dənizin dibində dalğanın olmasıdır. Mənə bildirdilər ki, görünmə dərəcəsi çox aşağıdır. Hələ ki, pilot haqqında bir məlumat yoxdur. Axtarışda iştirak edənlərdən bir nəfər mənə dedi ki, 99.9% pilot kabinanın içərisindədir”.

Təyyarənin parçalanmasının səbəbinə gəldikdə isə, Qabil Hüseynli belə deyib: "Dedilər ki, təyyarə suya düşəndə elə bil betonla çarpışır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar