Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion İDDİALAR

Tarix: 09-08-2019 15:22     Baxış: 3229 A- / A+
Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion İDDİALAR


Böyük korrupsiya qalmaqlından sonra ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbəri Əli Abbasovun oğlu Eldar Abbasovun və "Azərenerji” ASC-nin keçmiş sədri, Mingəçevir SES-də baş verən partlayışdan sonra prezident İlham Əliev tərəfindən vəzivəsindən azad olunan Etibar Pirverdiyevin qızı Dünya Pirverdinin Londonda şirkəti tapılıb.

Manevr.az xəbər verir ki, Əli Abbasovun oğlu ilə Etibar Pirverdiyevin qızı ilə 2014cü ildən evlidir. Gənclərin toy mərasimi "Buta Palace”da keçirilib və toyda bir çox yüksək vəzifəli dövlət məmurları iştirak edib.

Əli Abbasovun oğlu Eldar Abbasov və Etibar Piriverdiyevin qızı Dünya Piriverdi evləndikdən sonra bir müddət Londonda yaşayıblar və elə Londonda da təhsilərini davam etdiriblər.

Məlum olub ki, elə həmin ərəfədə cütlük Londonda "İnfipro” adlı şirkət açıb. Şirkətin 75%-i Eldar Abbasova, 25 faizi isə Dünya Piriverdiyə aiddir.

"İnfipro” adlı şirkət Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri olduğu müddətdə də "Aztelekom” MMC kimi böyük bir qurumu da öz təsiri altında saxlaya bilib və Sazz, GoldenPay kimi brendlərə xarici investisiya dəstəyi adı altında ölkənin rabitə resurslarını mənimsəyib.

Hələ o vaxtlar atasının nazir olmasına baxmayaraq, Eldar Abbasov media qurumlarına vençur sərmayə haqqında müsahibələr verib, daxili bazara xarici kapitalın gəlməsindən "İnfipro”nun icraçı direktoru olaraq danışıb. "İnfipro İnc”in sərmayə ayırdığı şirkətlərdən təkcə biri "Azqtel” MMC, yəni "Sazz” adı ilə tanınan şirkətdir. Eldar Abbasovun da payçılarından biri olduğu "Sazz” şirkətinin hazırda "Aqrarkredit” QSC-yə 39 812 773 (otuz doqquz milyon səkkiiz yüz on iki min yeddi yüz yetmiş üç min) ABŞ dolları borcu var və hazırda bu borc üzrə iddiaçının tələbləri əsasında məhkəmə prossesi gedir.

Maraqlıdır ki, Eldar Abbasov hazırda dövlət qurumunda çalışır. Sabiq nazirin oğlu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi vəzifəsində çalışır. Bunu Eldar Abbasov 29 mart tarixində özünün "Linkedin” sosial şəbəkəsindəki hesabında da qeyd edib.

Londonda qeydiyyatda olan "İnfipro” adlı şirkətin Əli Abbasovun oğlu Eldar Abbasova və Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyə məxsus olduğunu isbatlayan sənədləri də təqdim edirik./Pia.az

Manevr.az


Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion İDDİALAR

Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion İDDİALAR
Sabiq nazirin gömrükdəki oğlu haqda sensasion İDDİALAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar