Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nikoldan Xankəndidə şok sözlər: Qarabağ Ermənistanın ayrılmaz hissəsidir…

Tarix: 05-08-2019 23:06     Baxış: 4156 A- / A+
Nikoldan Xankəndidə şok sözlər: Qarabağ Ermənistanın ayrılmaz hissəsidir…

Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.

Manevr.az xəbər verir ki, bunu Xankəndidəki mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan çıxışına “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) şüarı ilə başlayıb:

“Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən “Miatsum”, “Miatsum” şüarı ilə başlamaq istəyirəm”.

O, ermənilər arasında parçalanmaya son qoymağın vaxtının çatdığını, Ermənistandakı xalq inqilabının ümumerməni inqilabı kimi başa düşülməli olduğunu bildirib:

“İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. “İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir”.

O, ümumerməni ideyaları üçün Qarabağ, Ermənistan və erməni diasporunun birgə çalışmalı olduğunu bildirib.

Paşinyan erməni hökuməti üçün repatriasiyanın (Vətənə qayıdış – red) prioritet mövzu olduğunu deyib.

Erməni baş nazir həmçinin hökumətin “meqalayihələr”indən danışıb:

“Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam”.

Qeyd edək ki, Nikol Paşinyanın bu sözləri Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunun açıq etirafıdır.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar