Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün onların məhkəməsidir - Baş redaktordan rektora AĞIR İTTİHAMLAR

Tarix: 01-08-2019 10:09     Baxış: 4297 A- / A+
Bu gün onların məhkəməsidir - Baş redaktordan rektora AĞIR İTTİHAMLAR


Bugün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın iddiası əsasında "Xural.com" saytının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və universitetin keçmiş əməkdaşlarına qarşı məhkəmə prosesi başlayır.

Manevr.az xəbər verir ki, Əvəz Zeynallı bu barədə jurnalitlərə çağırış edib, onları məhkəməyə dəvət edib və rektorun ünvanına ağır ittihamlar səsləndirib. Onun sosial şəbəkədə yaydığı müraciəti təqdim edirik:

"Əziz dostlar, əziz media əhli! Kamal Abdullanın simasında yeni bir media düşməni meydana çıxıb. Öz əməkdaşlarını işsiz qoymaqla, onların haqqında ləyaqətsiz şayiələr yaymaqla, əməkdaşlarının maaşlarını verməməklə, yaxın adamlarının "ölü canlarını" işdə saxlayıb onlara havayıdan maaş verməklə yetinməyən bu adam indi də insanların hüquqlarını müdafiə edən "Xural"ı məhkəməyə verib. Bu qoca akademik guya yazıçıdır, guya ziyalıdır, amma ziyası olan adam media ilə vuruşmağa cəsarət edərmi? Özünü ADU-nun padşahı hesab edən bu adam universitetin bank hesabını və facebook səhifəsini atasının malı bilir, müəllimələrin maaşlarını kəsərək universitetin büdcəsini doldurur.
Bu gün məhkəmədir. Duyarlı həmkarlarımızın hamısını bu məhkəməyə dəvət edirəm! Gəlin və görün ki, işçiləri onun haqqında nələr danışır və onu da görün ki, bu balaca despot "Xural"dan nə istəyir?!

Yer: Binəqədi rayon məhkəməsi
Tarix: 01 avqust 2019-cu il
Saat: 16.10 "

Xatırladaq ki, Kamal Abdulla Əvəz Zeynallını ondan narazı olan, müxtəlif əməllərdə ittiham edən keçmiş və indiki işçilərinin Təhsil Nazirliyinə məktublarını, müsahibələrini və s. məqalələri rəhbərlik etdiyi saytda yerləşdirməklə, onun ləyaqətini ləkələyib, işgüzar nüfuzuna zərbə vurmaqda ittiham edərək məhkəməyə verib. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində şikayətçi olduğu yazıların böhtan hesab edilməsini və "Xural.com” saytından çıxarılmasını, ondan üzr istənilməsini, Ə.Zeynallıdan 10 min manat, Vüsalə Ağabəylidən 5 min manat, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat tələb edir./bakupost

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar