Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dərsliklərdə narkomaniya mövzusu - Təklif

Tarix: 30-07-2019 19:17     Baxış: 3163 A- / A+
Dərsliklərdə narkomaniya mövzusu - Təklif

Şabran rayonunda “Sağlam bədən, sağlam ruh, güclü dövlət” - devizi altında maarifləndirici tədbirlərin təşkili» adlı layihə üzrə növbəti dəyirmi masa keçirilib.

Qeyd edək ki, bu layhə üzrə sonuncu dəyirmi masa idi. Bundan əvvəl Siyəzən rayonunda iki, Şabranda bir tədbir keçirilib.

«İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyi tərəfindən həyata keçrilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Bu dəfəki təbbir tibb işçilərinin iştirakı ilə keçirilib. Şabran Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə narkomaniyanın fəsadları ilə bağlı maraqlı müzakirələr aparılıb.

Tədbiri layihə rəhbəri Teymur Nəsirov açıb. O, layihənin məqsədləri haqqında məlumat verərək bildirib ki, məqsəd narkamaniyanın insan orqanizminə fəsadları ilə bağlı təbliğat aparmaqla xüsusilə gənc nəsli bu yoldan çəkindirməkdir.

«İctimai İştirakçılığın Dəstəklənməsi» İctimai Birliyinin sədri Şaban Nəsirov bildirib ki, narkotikdən istifadənin ağır nəticələri hər kəsdən çox tibb işçilərinə məlumdur.

O, Səhiyyə Nazirliyinin təşkilatın sorğusuna cavabına əsasən son illərin statistikasımı tədbir işçilərinin nəzərinə çatdırıb və rəqəmin yüksələn xəttlə inkişaf etdiyindən təəsüfləndiyini bildirib: «Çox təəsüf ki, narkomaniya bəlası illər keçdikcə daha da gəncləşir. Yeniyetmələrin və qadınların arasında narkotik istifadəçilərinin sayının artması daha da dəhşətlidir»

Şaban Nəsirov bildirib ki, Nazirliyin statistikasına əsasən, Azərbaycanda narkotik istifadəçilərinin sayı 2010-cu ildə 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.

Daha sonra çıxış edən xəstəxananın həkimi Hasimov Mehrac bildirib ki, narkotikdən istifadə mərkəzi sinir sistemindən tutmuş bütün orqanlara geridönməz təsir gösrərir: «Ən pisi odur ki, belə insanlarda aludəçilik və psixologiya pozğunluğu yaranır. Onlar istəyirlər ki, ətrafdakı adamlar da bu bəlaya tutulsunlar. Mərkəzi sinir sisteminə təsir etdiyi üçün həmin insanlarda aqressivlik, depresiya əmələ gəlir, bu da bəzi hallarda son nəticədə cinayət əməlləri törədilməsinə gətirib çıxarır. Onlar ətrafddakı ziyan vurur və hərəkətlərinə cavabdeh ola bilmirlər»
Həkim bildirib ki, narkomaniyanın ən böyük fəsadlarından biri onun genofonda təsiridir: «Narkotik istifadəçilərinin dünyaya gətirdikləri bəzi uşaqlar doğularkən sağlam olsalar da gələcəkdə narkomaniyaya meyilli olurlar. Bəzi uşaqlarda isə anadəngəlmə qüsurlar olur. Onların ya ağlı inkişafdan qalır, ya da fiziki eybəcərlik müşahidə olunur».

Mütəxəssis bildirir ki, narkotik istifadəçilərinin hepatitlərə, HİV-ə və digər yolxucu xəstəliklərə tutulma ehtimalı böyük olur: «Onlar ağ ciyər vərəminə və ankoloji xəstəliklərə meyilli olurlar. Çox təəssüflər olsun ki, qeyd edilən statistika reallığı əks etdirmir. Düşünürəm ki, məsələn 28 min narkotik istifadəçisi bütün ölkədə deyil, bir şəhərdə ola bilər. Hesab edirəm ki, mübarizə forması kimi bu bəlanın fəsadları ilə bağlı orta məktəb dərsliklərində geniş məluatlar verilməli, və onlar qəbul imtahanlarının sualları arasında olmalıdır. Beşinci sinifdən yuxarı olan məktəblilər bunları bilməlidirlər. Eləcə də bu cür tədbirlər bütün kollektivlərdə aparılmalıdır ki, əhali bunun zərərləri haqqında məlumatlı olsun».

Daha sonra “Narkomaniya gəncliyin və genofondun bəlasıdır” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.

Şaban Nəsirov təbbirə qatılan tibb işçilərinə öz təşəkkürünü bildirib.teleqraf.com


Manevr.az

Dərsliklərdə narkomaniya mövzusu - Təklif

Dərsliklərdə narkomaniya mövzusu - Təklif



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar