Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR

Tarix: 26-07-2019 15:57     Baxış: 3713 A- / A+
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR


Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzidə aprel döyüşlərində həlak olmuş, polkovnik leytenant Sənan Axundovun xatirə gecəsi keçirildi. Xatirə gecəsində, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zəminə Xınalının Sənana Axundova həsr etdiyi miniatür “Müqəddəs şəhid” kitabının təqdimatı oldu. Bu dəfə keçirilən xatirə gecəsinin bir səbəbkarı isə Sənan Axundovun oğlu Tahir Axundovun yüksək balla Azərbaycan Tibb Universitetinin hərbi tibb fakultəsinə qəbul olunması idi.

Manevr.az xəbər verir ki, görüşdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə yanaşı, kursantlar, Muilli Məclisin deputatları, Veteranlar şurasının üzvləri , Nərimanov rayon Ağsaqqalr Şurasının üzvləri, ziyalılar, şəhid ailələri iştirak edirdi.

Vətən uğrunda şəhidlərimizin ruhu 1dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səsləndi. MN Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov Lələ Təpə yüksəkliyi ərazisində minaya düşən polkovnik yoldaşını xilas edib, qəhrəmanlıqla vətən uğrunda şəhid olan Sənan Axundovun qısa, lakin şərəfli həyat yolundan danışdı. Onun Azərbaycan Milli Ordusunun zabiti kimi xarici ölkələrdə, Almaniyada Vətəni necə ləyaqtələ təmsil etdiyini, işlədiyi hərbi dairələrdə nüfuz qazandığını söylədi. Və qeyd etdi ki, Sənan Axundov kimi bir qeyrətli Vətən oğlunun oğlu, yalnız Tahir Axundov kimi hərəkət edib, atasının bitirmədiyi yarımçıq yolunu davam etdirməliydi. O bildirdi ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hərbçilər və veteranlar, şəhidin döyüş yoldaşları Tahir Axundovun yüksək balla hərbi həkim fakultəsinə qəbul olunmasını çox böyük sevinclə qarşılayıb.

Vətən uğrunda döyüşlərdə həyat yoldaşı həlak olan şairə və publisist, hərbiçi Zəminə xanım Xınalı Sənan Axundova həsr etdiyi poemadan danışaraq bildirdi ki, Sənan Heydər Əliyev adına Ali Hərbi məktəbi onun gözləri qarşısında bitirib. Sənan hərbçi sənətinə yiyələnədə, onun həyat yoldaşı şəhid idi. Ona görə də şəhid ailələrinin, övladlarının keçirdikləri ağrı və acılar ona tanışdır. Sənan haqqında poema yazmağı isə özünə bir borc bilirdi. Artıq bu borcu da yerinə yetirdi.

Sənan Axundivun barəsində film nümayiş edildikdən sonra, milli Məslisin deputatı Məlahət Həsənova, Sona Əliyeva çıxış etdilər. Millət vəkilləri şəhidliyə ucalan vətən qəhrəmanlarının hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğunu vurğuladılar. Aprel döyüşlərinin şəhid və iştirakçılarını isə yeni Azərbaycan döyüş səlnaməsinə yeni bir tarix yazdıqlarını söylədilər. Azəraycan adlı bir dövlətin şəhid ailələrinə göstərdiyi qayğı və imtiyazlardan danışdılar.

Tədbirdə iştirak edən general mayor Fəxrəddin Cəbrayılov, ehtiyatda olan polkovnik , Milli Təhlükəsizlik Orqanları Birliyinin İdarə heyətinin üzvü Sücəddin

Abdullayev isə xatirə gecəsində iştirak edən hər kəsi döyüşə səslədilər. Bildirdilər ki, Vətən torpaqıaının azad olunması məsələsində yubanmaq olmaz, şəhidlərimizin qanı tökülmüş torpaqlar bizi gözləyir.

Tədbirdə şəhidlər Əbdülməcid Axundovun, Zakir Cəfərovun, Əlzamin İslamovun, Mahir Quliyevin, Müşfiq Orucovun, Xaliq Əzizzadənin, Mahir Mirzəyevin valideynləri iştirak edirdilər. Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Tahir Axundovu şərəfli bir peşə seçməsi münasibəti ilə təbrik edib, bildirdi ki, şəhidlərimizin ruhu o zaman sevinəcək ki, onların qanları tökülən torpaqlar azad olub, sahiblərinə qaytarılacaq. Bu işi də ancaq, Azərbaycan Milli Ordusu görməlidir.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev anadan olduğu , işğal altında olan Aşağı Əbdürəhmanlı kəndi haqqında danışdı. Dedi ki, Sənan da onun doğulduğu ərazidəndir. Sənan öz torpaqlarını azad etmək üçün hərb yolunu seçmişdi. Mən hər ayda bir neçə dəfə öz kəndimizin yaxınlığına gedirəm. Kəndimiz də şəhid olub. Viran olmuş yurd yerimizi kənardan ürək ağrısı ilə müşahidə edirəm. Artıq bu döyüşü başlayıb, bitirməyin vaxtıdır. Yoxsa ürək tab gətirmir... Bizim gənclərimiz informasiya məkanında fəal olmalı, bununla yanaşı hər biri vətəni azad etmək haqqında düşünməlidirlər. Bəli, Sənan kimi bir oğulun övladı, Tahir kimi olmalıydı. Başqa yolu yoxdur...”.

Aprel şəhidləri haqqında ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi, jurnalist Aida Eyvazlı, Axundovlar ailəsi ilə tanışlığının ilk günündən danışdı : “Mən ilk dəfə Tahir Axundovu görəndə ona belə bir sual verdim: Tahir imtahanlara hazırlaşmaq çətindir, ya atasızlıq?”. Tahir dedi ki, atasızlıq ən çətin imtahandır. Bu gün Tahir həyatın bir imtahanından da üzüağ çıxdı. O hərbi həkim olacaq. İlk təhsilini rus bölməsində aldığından, imtahan öncəsi bəzi sənəd problemləri var idi. Bu problemlərin həlli yolunu tapmaqda, Milli Məclisin deputatı, hər zaman şəhid ailələrinin yanında olan Sona xanım Əliyeva Sənan Axundovun ailəsinə doğru və düzgün yol göstərdi, qayğılarına qaldı. Və bu gün Tahir söz verdiyi uğuru qazandı. Öz biliyi, əzmi ilə yüksək balla hərbi həkim olmaq yoluna çıxıbdır. Mən inanıram ki, harada olsa Vətənə xoş sorağı gələcək”.

Şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Azərbaycan Respublikasının Müdafiə nazirliyinə ailəsinə və övladına, şəhidinə göstərdikləri qayğıya, diqqətə görə minnətdarlığını bildirdi. O dedi ki, ən çətin anlarında dövləti öz yanında gördü. Mart ayının sonunda, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevanın ailəsinə göstərdiyi xüsusi qayğı və diqqətdən danışdı. Bildirdi ki, Mehriban xanım Əliyevanın onlara bağışladığı evdə də Tahir həkim olandan sonra xoşbəxt bir ömür sürəcək.

Tədbrin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin konserti oldu. Əməkdar artist Elnarə Abdullayeva və Yaqut Xəlizadə Vətəni, qəhrəmanlarımızı vəsf edən mahnılar oxudular. Zəminə Xınalı isə tədbirdə iştirak edənlərə Səmnan Axundova həsr etdiyi “Müqəddəs şəhid” kitabını hədiyyə etdi.

Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR
Aprel döyüşlərində həlak olmuş Sənan Axundovun xatirə gecəsi keçirildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar