Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni hərbçinin qorxulu yuxusu

Tarix: 24-07-2019 16:56     Baxış: 3149 A- / A+
Erməni hərbçinin qorxulu yuxusu


Aprel döyüşlərində yatan adam

"Azərbaycan artıq müharibə dili ilə danışmaqda inhisarçı deyil" - bu iddianı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Qarabağa aid konfransda pafosla çıxış edərkən bildirib.

Azərbaycan heç vaxt müharibə iddiasında olmayıb. Çünki biz heç kimdən heç nə oğurlamamaışıq, işğal etməmişik. Silahlı Qüvvələrimiz başqa ölkənin torpaqlarına basqın etməyib. Bu Artsrun ola bilər ki, yaşına görə bu barədə bilmir. Yəqin ki, erməni ordusu torpaqlarımızı işğal edəndə bu balaca uşaq pampersdə gəzirdi. Bugün o, böyüklərinin göstərişi ilə ritolik çıxışlar edir və onlar kimi Azərbaycanı hədələməyə cəhd edir. “Bizimlə şantaj dili ilə danışmaq olmaz. Yoxsa atəş açacağıq. Əgər danışıqlardırsa, danışıq, yox əgər atmaq lazımdırsa, biz bunu sizdən daha sürətli və yaxşı edirik”,- deyə erməni katib gəvəzələyib.

Maraqlıdır, Azərbaycan hərbçiləri ermənilərə necə atəş açmağın lazım olduğunu göstərəndə, yəni 2016-cı ilin aprelində bu Artsrun harada idi? Yəqin mürgüləyirdi. Bu dəfə pampersdə yox, alt tumanında...

Bu konfransın məqsədi aydındır – ictimaiyyətə erməni ordusunu sülhün zəmanətçisi kimi göstərməkdir. Rəsmi İrəvanla ilə heç kimin tanımadığı separatçı rejim arasında münasibətlər günbəgün pisləşir. Bunu hətta inqilabın lideri olan Paşinyan da deyib. Ancaq bu əsas deyil. Erməni strateqlər yaxşı anlayırlar ki, əgər birdən müharibə başlayarsa onların işi çox çətin olacaq. Çünki bu gün Azərbaycan ordusu peşəkar və ən modern texnika ilə təhciz edilib. Rusiya da artıq Yeltsin dövründəki kimi Ermənistana kömək etməyəcək. Hətta KTMT heç bir əməliyyata qatılmayacağını bəyan edib. Azərbaycan da heç zaman müharibə başlamaq inhisarına iddiası olmayıb, Ermənistanda fərqli olaraq. Sülh isə o zaman olacaq ki, ən son erməni hərbçisi də Azərbayacan torpaqlarını tərk etsin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar