Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşayeva onlara Qarabağ həqiqətlərindən danışdı

Tarix: 21-07-2019 16:52     Baxış: 2127 A- / A+
Paşayeva onlara Qarabağ həqiqətlərindən danışdı


Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşüb.


Manevr.az
xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Tailandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tailandla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnunluq yaratdığını bildirib.

Q.Paşayeva tailandlı nümayəndə heyətinə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələr barədə məlumat verib.

Millət vəkili Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə Qarabağ həqiqətlərindən də danışıb.

Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili tailandlıları Azərbaycana dəvət edib.

Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini söyləyərək, iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Görüşün sonunda millət vəkili Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Tailandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib./axar.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar