Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda bu gündən "sarı zolaq" qadağası başlayır ÜNVANLAR

Tarix: 19-07-2019 09:46     Baxış: 3144 A- / A+
Bakıda bu gündən "sarı zolaq" qadağası başlayır ÜNVANLAR


Qadağa iyulun 28-i gecə 00:00-dək davam edəcək

Bu gecədən etibarən “Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qadağa iyulun 28-i gecə 00:00-dək davam edəcək.

O qeyd edib ki, bu müddət ərzində yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq. Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub.

“Biz sürücülərdən Bakıda süni sıxlığın və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Onlara Sarı zolaqlar üzrə Təşkilat Komitəsi tərəfindən xüsusi tanınma nişanları (avtomobilin ön və arxa şüşəsi üzərində xüsusi emblem) olan avtomobillərin hərəkətinə şərait yaratmalarını tövsiyyə edirik. Bundan əvvəlki dövrlərdə Bakıda keçirilmiş idman tədbirləri zamanı Bakı yollarına sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar”.

İdarə rəsmisi vurğulayıb ki, həmin günlərdə paytaxt küçələrində gücləndirilmiş iş rejimində çalışan yol polisləri hər bir sürücünün mənzil başına çatmasını təmin edəcək.

Qeyd edək ki, “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq paytaxtın “Ziya Bünyadov”, “Q.Qarayev”, “Neftçilər”, “Atatürk”, “H.Ələsgərova”, “Azadlıq”, “Z.Əliyeva, “Tiblisi, “Moskva”, “Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar