Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq

Tarix: 17-07-2019 21:34     Baxış: 4137 A- / A+
Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq


Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu son 1500 ilin bilgilərinə əsasən İstanbul və çevrəsində tarix boyu baş verən əhəmiyyətli zəlzələləri analiz edib.

Manevr.az publika.az xəbər verir ki, mütəxəssislərin hazırladığı ssenariyə görə, İstanbulun cənubunda yerləşən Şimali Anadolu seysmik xəttində şərqdən qərbə doğru sıra ilə 7,5, 7,4 və 7,2 bal gücündə yeraltı təkanlar olacaq.

Ssenarinin hazırlanmasında Türkiyənin Boğaziçi, Ankara və İstanbul Texniki Universitetlərinin elm adamları iştirak edib. Araşdırmaya qatılan Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu Geodeziya Şöbəsinin müəllimi professor Fatih Bulud analizdə seysmik xətlərin nə zaman qırıldığı, qırıldıqdan sonra nə qədər enerji topladığı və bu enerjinin tamamilə ortaya çıxdığı zaman zəlzələnin hansı böyüklükdə olması ilə bağlı nəticələr əldə etdiklərini deyib: “Geodezik bilgilərə görə, 250 il əvvəl qırılan seysmik xətt seqmenti ildə 1 sm-ə yaxın hərəkət edir. Hazırda hərəkətə keçsə, zəlzələ zamanı xətt üzərində ortalama 2,5 santimetrlik yerdəyişmə yaradacaq”.

Qeyd edək ki, məqalə “Tectonophysics” dərgisinin avqust 2019 sayında bütöv şəkildə yayımlanacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar