Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçınlı ziyalılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı...-VİDEO

Tarix: 16-07-2019 19:46     Baxış: 4173 A- / A+
Laçınlı ziyalılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı...-VİDEO

İham Qəhrəman: “Bu, bəlkə də laçınsız laçınlılar üçün “qu quşunun son nəğməsi”dir...”

Bu gün –iyulun 16-da Laçın rayonundan məcburi köçkün olan bir qrup ziyalı Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinə yollanaraq işğal altındakı torpaqların azad edilməsi ilə bağlı rayon sakinlərinin etiraz bəyanatlarını təqdim ediblər.

Manevr.az xəbər verir ki, bu barədə moderator.az əməkdaşına aksiyanın təşkilatçılarından biri, tanınmış laçınlı şair-publisist İlham Qəhrəman məlumat verib:

“Öncə biz ABŞ səfirliyinə yollandıq. Polislər bizim ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə bağlı etiraz bəyanatımızı səfirlik əməkdaşlarına çatdırdı. Bir müddət gözlədikdən sonra səfirin siyasi məsələlər üzrə məsləhətçisi bizimlə görüşə çıxdı. Tərcüməçi ona bəyanatda ifadə olunan fikirlərimizi çatdırdı. Biz qaçqınların öz ata-analarımızın məzarlarını da görüb ziyarət etmək üçün torpaqlarımıza dönmək arzumuz haqda danışanda tərcüməçinin özü də kövrəldi...”

Köçkün şair-publisist bildirib ki, səfirin müşavirinə özünün müəllifi olduğu “Laçın folkloru” kitabını da çatdırıb, o da bundan çox məmnun olub.

“Onu da vurğulayım ki, biz ən mədəni tərzdə ABŞ səfirliyində qarşılandıq. Zənnimcə, burada bütün diplomatik nəzakət qaydalarına riayət olundu”- həmsöhbətimiz belə deyib.

Sonra məcburi köçkün ziyalılar Rusiya səfirliyinə yollanıb.

“Rusiya səfirliyində bizi xeyli laqeyd qarşıladılar. Bəyanatımızın məzmunu ilə tanış olan səfirliyin komendantı rusca belə dedi: “Bu kağız bizim üçün deyil...”
Ona izah etməyə çalışdıq ki, biz buraya həmsədr ölkələrdən birinin səfirliyi olduğu üçün gəlmişik. Bundan sonra komendant içəri keçərək bəyanatı kiməsə göstərib qayıtdı və yenə də dedi ki, bu, sənəd bizim üçün deyil. Biz bir daha təkid etdikdən sonra içəridən digər bir səfirlik əməkdaşı gəlib eyni sözü təkrarladı. O, dedi ki, biz birbaşa Rusiya Xarici İşlər Nazirliyinə müraciət yollasaq, yaxşı olar. Polislər isə məsləhət gördülər ki, bəyanatı poçtla birbaşa səfirin adına göndərin...” -İ.Qəhrəman bildirib.

Daha sonra laçınlı ziyalılar Fransa səfirliyinə gedib.

“Bizi burada da ilk olaraq polis qarşıladı. Daha sonra bəyanatımızı qəbul etdilər. Və dedilər ki, sizə ya telefonla yaxud yazılı şəkildə cavab veriləcək. Bizdə prosedur belədir...”

Sonda köçkün ziyalı şair-publisist bu günkü aksiyaları barədə səfirliklərdən birində polislərə də söylədiyi bir cümlə işlətdi: “Bu, bəlkə də laçınsız laçınlılar üçün “qu quşunun son nəğməsi”dir...”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar