Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yekaterinburqda “Azərbaycan Şərab Evi” açılıb

Tarix: 08-07-2019 17:01     Baxış: 3126 A- / A+
Yekaterinburqda “Azərbaycan Şərab Evi” açılıb


Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir.

Manevr.az bildirir ki, “Azərbaycan Şərab Evi”nin açılışında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları “Azərbaycan Şərab Evi” ilə tanış olub, onlara Azərbaycan şərabları barədə geniş məlumat verilib. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində Azərbaycan şirkətlərinin istehsalı olan 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. təqdim edilir. Şərab Evində nümayiş olunan Azərbaycan məhsulları böyük maraqla qarşılanır.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” yerli məhsullarımızın ixracının dəstəklənməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Rusiya bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. (Trend)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar