Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vahid Əhmədov prokuror oğlundan danışdı

Tarix: 06-07-2019 19:39     Baxış: 3200 A- / A+
Vahid Əhmədov prokuror oğlundan danışdı


"Hesab edirəm ki, yeni təyinatlar ölkədə gedən ciddi islahatlarla əlaqədardır”.

Manevr.az xəbər verir ki, bu fikri musavat.com-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O, bildirib ki, istər kadr, istərsə də iqtisadi islahatlar kifayət qədər ciddi addımlardır:

"Hesab edirəm ki, bu islahatlar get-gedə dərinləşdiriləcək. Fikir versəniz görərsiz ki, artıq Azərbaycanda sosial islahatlara daha çox diqqət edilir. Bu, çox vacib bir haldır. Yəni son illərdə ölkə prezidentinin apardığı siyasətdə, sosial-siyasət ön plana keçib. Biz görürük ki, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, maaşları artırılır. Bu proses artıq başlayıb və bir müddət də davam edəcək. Baş verənlər həm də onun bariz nümunəsidir ki, Azərbaycanda digər bir iqtisadi islahata start verilib. Yəni yeni bir iqtisadi islahat mexanizmi həyata keçirilir. Lakin bu, getdikcə dərinləşməlidir. Çünki islahatlar bir sahəni əhatə edə bilməz. Məsələn, məhkəmə-hüquq sistemində olan özbaşınalıqlar, oradakı rüşvət və korrupsiya hamıya məlumdur. Ona görə də bu sahədə də ciddi islahatlara ehtiyac var. Artıq bununla bağlı fərman da imzalanıb. Biz, məhkəmə-hüquq sistemindəki islahatlardan çox şeylər gözləyirik. Proses başlayıb və bunun davamlı olması üçün düşünürəm ki, iradə var”.

V.Əhmədov oğlunun Qaradağ rayonuna prokuror təyin olunmasından da danışıb:


"Oğlum uzun müddətdir ki, prokurorluq sistemində işləyib. O, müstəntiqdən başlayıb, idarə rəisinin müavini pilləsinə qədər yüksəlib. Prokuror təyin olunandan sonra da, əvvəl də ona tövsiyəm olub ki, haqqın, ədalətin yanında olsun və Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında fəal işlər görsün. Həmçinin tövsiyyəm olub ki, insanların şikayətlərini normal qəbul eləyib, Azərbaycan xalqına qulluq etsin. Vətəndaşların da onun hansısa qanunsuz əməllərindən şikayət etməsi mümkün deyil. Elə bir şey ola bilməz. Çünki mən elə bir tərbiyə verməmişəm və mənim keçdiyim həyat yolu onun üçün örnək olmalıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar