Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Xüsusi xidmət orqanları anamı təcrid edib" - Prezident qızının oğlu

Tarix: 03-12-2016 20:30     Baxış: 4313 A- / A+
"Xüsusi xidmət orqanları anamı təcrid edib"

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğlu Özbəkistan rəsmilərindən anasının taleyi ilə bağlı rəsmi açıqlama tələb edib.

APA-nın məlumatına görə, babasının adını daşıyan İslam Kərimov BBC-yə müsahibəsində deyib ki, anası uzun müddət Daşkənddəki villasının həyətindəki 3 otaqlı yardımçı binada saxlanılıb. İ. Kərimov saxlanma şəraitinin anasının sağlamlığına mənfi təsir etdiyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, anasının psixi durumunun pozulması və onun xəstəxanaya yerləşdirildiyi barədə yayılan məlumatlar əsassızdır.


Anasının Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən təcrid olunmuş vəziyyətdə saxlanıldığını qeyd edən İ. Kərimov onlardan anasının taleyi ilə bağlı açıqlama verməyi tələb edib: "Necə olur ki, XXI əsrdə Gülnarənin harada olduğu, hansı şəraitdə və nə üçün saxlanıldığı barədə suala cavab verilmir?!"

O əlavə edib ki, anası ilə birbaşa əlaqəsi yoxdur, lakin Özbəkistanda yaşayan bacısı İmanla əlaqə saxlamaq imkanı var. İ. Kərimovun sözlərinə görə, nə özünə, nə anasına, nə də bacısına babasının dəfninə qatılmağa icazə verməyiblər.

Qeyd edək ki, İ. Kərimov hazırda Londonda yaşayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar