Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilir

Tarix: 03-07-2019 10:40     Baxış: 4146 A- / A+
Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilir



Henley & Partners şirkəti ənənəvi "Pasport indeksi"ni dərc edib. İndeks bu il dünya ölkələrində vizasız rejimin vəziyyətini göstərir.


İndeksdə birinci sırada Yaponiya və Sinqapur dayanır. Bu ölkələrin pasportları dünyanın 189 ölkəsinə vizasız səfər etməyə imkan verir.

Üç ay öncə birinci sırada olan Cənubi Koreya iki mövqe geriləyib və indi Almaniya və Finlandiya ilə birlikdə ikinci yeri tutur.

Liderlər üçlüyünü Danimarka, İtaliya və Lüksemburq qapayır.

ABŞ və Böyük Britaniya 6-cı yerdədir, 2010-cu ildən bu yana tutduqları ən aşağı mövqedir.

Cənubi Qafqaz ölkələri arasında Gürcüstan ən yüksək yeri tutub- 52-ci yer və bu yeri Albaniya ilə bölüşür. Hazırda Gürcüstan vətəndaşları 113 ölkəyə vizasız gedə bilər.

Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər. Türkiyə -110, Rusiya -113 ölkəyə.

Ermənistan 84-cü yerdədir. Bu ölkənin vətəndaşları 60 ölkəyə vizasız gedə bilər.

Əfqanıstan sonuncu -109-cu yerdədir. Bu ölkənin vətəndaşları 25 ölkəyə vizasız səfər edə bilər.

Henley & Partners şirkətinin "Pasport indeksi" ölkələrin öz vətəndaşlarına verdikləri hərəkət sərbəstliyinin səviyyəsi üzrə beynəlxalq reytinqi əhatə edir. İndeks 2006-cı ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə əməkdaşlıq şəraitində dərc edilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar