Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Əzizov Bakıda əsaslı təmirə başlayır

Tarix: 29-06-2019 10:01     Baxış: 3224 A- / A+
Eldar Əzizov Bakıda əsaslı təmirə başlayır


"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edib.

Manevr.az xəbər verir ki, tenderdə hansı işlərin həyata keçiriləcəyi nəzərdə tutulduğu açıqlanmayıb. Amma əldə etdiyimiz məlumata görə uzun onilliklər boyu təmir olunmayan binada köklü şəkildə təmirin həyata keçirilməsi gözlənilir. Binanın tarixi abidə olması və qədimliyinə heç bir zərər gəlməməsi üçün icra başçısı Eldar Əzizov bir sıra memarlarla bu haqda müzakirələr aparıb, onların təklif və tövsiyələrini dinləyib. Buna görə də təmir işləri zamanı binanın tarixi arxitekturasına zərər gəlməməsinə maksimum diqqət yetirmək tələb olunacaq.

Tender elanında isə iştirakçılara təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs- Əhməd Məmmədovdan, telefon-496-52-04) ala bilərlər:

İştirak haqqı 1000 manatdır.

Tenderdə iştirakın son müddəti 18 iyul 2019-cu il saat 17.00-dəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar