Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Adrenalin yaşamaq istəyənlərə

Tarix: 24-06-2019 15:54     Baxış: 3146 A- / A+
Adrenalin yaşamaq istəyənlərə


Qış turizm mərkəzinin yay xidməti

Azərbaycanın ən məşhur dağ istirahət guşələrindən olan Qusar ərazisində yerləşən "Şahdağ" turizm mərkəzinə gələn yerli və xarici turistlər tandem paraplan uçuşlarına da xüsusi həvəs göstərirlər.

Manevr.az şimal bürosuna bu barədə "Şahdağ" turizm mərkəzinin marketinq direktoru Rauf Cahangirov açıqlama verib. Onun sözlərinə görə, tandem paraplan uçuşları qonaqlara adrenalin dolu anlar yaşadır: "Təhlükəsizlik texnikaları haqqında təlimat keçirilməsi ilə başlanan uçuş 3 nöqtədən - Şahdağ otelinin qarşısından, ara stansiyadan həyata keçirilir. Üçüncü nöqtədə maksimal hündürlük - dəniz səviyyəsindən 2351 metr təşkil edir. Bu nöqtə həm də ölkənin ən hündür sürüşmə zolağının yerləşdiyi yerdir".

Rauf Cahangirova görə, tandem paraplan uçuşları peşəkar və lisenziyalı pilotla həyata keçirilir. Təhlükəsizlik baxımından heç bir halda tək uçuşa icazə verilmir. Bu adrenalin yaşadan uçuşların qiyməti 100 manatdan başlayır və hündürlüyə görə dəyişir. Uçuşlar ortalama 12 dəqiqə davam edir.

Beləliklə, səmada həyəcan dolu dəqiqələr yaşamaq istəyənlər yolunuzu Şahdağdan salsanız, peşman olmazsınız...



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar