Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ömrün 65-ci zirvəsinə xoş gəldiniz, Mönsüm müəllim!" - KOLLEKTİVİN TƏBRİKİ!

Tarix: 21-06-2019 12:04     Baxış: 4610 A- / A+
"Ömrün 65-ci zirvəsinə xoş gəldiniz, Mönsüm müəllim!" - KOLLEKTİVİN TƏBRİKİ!

Dahilərdən biri demişdir: Məktəb - gənc nəslin fikirlərinin formalşdığı emalatxanadır. Əgər gələcəyi xoşbəxt və işıqlı görmək istəyiriksə, burada çox çalışmalıyıq.

Bu baxımdan pedaqoji elmlər doktoru,professor Mönsüm Alışov bu fikri bir şüar edərək təhsilimizin inkişaf etməsi, onun dünya təhsil sistemi səviyyəsinə çatdırılması üçün “İdrak” liseyini yaratmış və bu yolda maddi və mənəvi imkanlarını əsirgəməmişdir. Rəhbərlik etdiyi liseydə təhsil alan şagirdləri hərtərəfli inkişaf etmiş, məntiqi düşüncəli, yüksək informasiya və kommunukasiya texnologiyalarından istifadə etməyi bacaran, dərin bilikli, mənəvi-əxlaqi dəyərlərə yiyələnmiş yaradıcı və ən başlıcası isə vətənpərvər insanlar kimi yetişdirmək üçün o çox çalışır, məqsədinə nail olmaq üçün isə bu təhsil müəssəsinə yalnız işinin peşəkarı olan müəlliməri cəlb edərək bütün ideyalarını həyata keçirir.
Mönsüm müəllim həyatını demək olar ki, bütünlüklə təhsilə, gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş maarifpərvər insan , cəmiyyətimizə layiqli vətəndaşlar yetişdirilməsində böyük xidmətlər göstərmiş dəyərli ziyalıdır.
Bu gün onun yubileyidir. “İdrak” liseyinin rəhbərliyi və pedaqoji kollektivi adından liseyin təsisçisi, tanınmış pedaqoq, innovator, riyaziyyatçı alim, pedaqoji elmlər doktoru, professor Mönsüm Ədil oğlu Alışovu 65 illik yubileyi münasibətilə təbrik edir, ona bu çətin və şərəfli işində uğurlar arzulayırıq.

Ömrün 65-ci zirvəsinə xoş gəlmisiniz, Mönsüm müəllim!

Bu zirvədə uzun və mənalı bir yol keçib gələn məğrur bir yolçu kimi Sizi - Müstəqil Azərbaycan təhsilinin inkişafında xidmətləri olan, sözün əsl mənasında təhsil fədaisi, görkəmli alim, vətənpərvər ziyalı, yurdsevər və xeyirxah insanı seyr etməkdən qürur duyuruq.
Yubileyiniz Mübarək, Mönsüm müəllim! Sizə möhkəm can sağlığı, xöşbəxtlik, təhsilimizin inkişafı ilə bağlı bütün təşəbbüslərinizdə və fəaliyyətinizdə uğurlar diləyirik!
Gün o gün olsun ki, Sizi 100 illik Yubileyiniz münasibətilə təbrik edək!...

Manevr.az olaraq dəyərli professorumuz Mönsüm Alışovu 65 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, xoş günlər diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar