Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

10 uşaq anası Arzu Hacıyeva: "Peşman deyiləm"

Tarix: 21-06-2019 10:14     Baxış: 3920 A- / A+
10 uşaq anası Arzu Hacıyeva: "Peşman deyiləm"


Arzu Hacıyevanın 10 uşağı var. Onlardan 6-sı qız, 4-ü isə oğlandır. Ən böyük oğlu 25 yaşındadır, evlidir. Arzu xanım çoxuşaqlı ailə olmağın çətin olduğunu desə də, övladlarına görə, təəssüflənmir, həyat yoldaşı ilə çox işləyib onlara təhsil vermək, gələcəklərini qurmağa kömək olmağa çalışır.

"Çoxuşaqlı ailə olmaq nəzərimdə deyildi, heç vaxt bu barədə fikirləşməmişdim, ağlıma belə gəlməzdi. Allahın verdiyi qismətdir. Tərbiyələrində narazılığım yoxdur. Böyük oğlum yanğından mühafizə idarəsində işləyir. Qızım ali məktəbi qurtarıb, ailəlidir, iki övladı var. Ondan balaca qızım 2 nömrəli Tibb Kollecini qurtarıb. Ondan balaca da marketdə işləyir. Özümün orta təhsilim var, yoldaşım isə qaynaqçıdır".

Şuşa rayonundan məcburi köçkün olan Hacıyevlər ailəsi dövlət tərəfindən onlara verilən müvəqqəti evdə yaşayırlar. Yaşı 18-ə çatmamış 5 uşağa görə və həmçinin məcburi köçkün kimi müavinət alırlar. Arzu xanımın arzusu isə öz evlərinin olmasıdır.

"Çörəyimizi şükür, Allah yetirir, uşaqları dolandırmağa çatır. Ailənin çoxuşaqlı olduğunu nəzərə alaraq, istəyərdim dövlətimiz bizə kömək olsun. Düzdür, çətin problem yoxdur, evə yerləşmək barədə. İnzibati binada yaşayırıq, ev istəyərdim ancaq".

Böyük ailə planlaşdırmasa da Arzu Hacıyeva peşman deyil. Əsas övladlarının xoş günlərini görmək istəyir.

"Saxlamaq barədə çətinlikmi deyim, maddi durum barədə, xeyir. Ancaq Allah qarşısında günahdan qorxmuşam. Peşman deyiləm. Allah hamıya qismət eləsin".

Bu ilin fevralında çoxuşaqlı ailələrə verilən müavinətlərin məbləği iki dəfəyədək artırılıb. 1999 və 2009-cu illərin siyahıyaalma rəqəmlərinə görə, ölkədə 1, 2 və 3 uşaqlı ailələrin sayı iki dəfə artıb. Çoxuşaqlı ailələrin sayında isə azalma müşahidə olunub.

"Bu gün ölkədə 18 yaşadək uşaqların sayı 2 milyon 600 mini ötüb. Hazırda çoxuşaqlı ailələr o ailələrdir ki, beşdən çox uşağı var. Yəni altıncı uşağı olan ailə çoxuşaqlı sayılır. Ölkəmizdə iqtisadi imkanlar artdıqca bu cür ailələrin də sosial müdafiəsi ildən-ilə daha da gücləndirilir. Hazırda beşdən çox uşaq olan və müavinət alan ailələrin sayı, 2019-cu il aprelin 1-nə olan məlumatlara görə, 2747 ailədir".

Komitə ailələrdə uşaqların sayının çox olması istiqamətində maarifləndirmə işləri aparır. Psixoloqlar və sosioloqlar da ailədə ən azı üç uşağın olmasının tərəfdarıdırlar. Onların fikrincə, bu, uşaqların sosiallaşmasına, psixoloji sağlam olmasına, gələcək həyatına müsbət təsir edir. Amma vaildeynlərin önəm verdiyi əsas məsələ uşaqlara layiqli gələcək bəxş etməkdir. Ona görə də ailədə uşaqların sayı hər bir ailənin fərdi qərarıdır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar