Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin Azərbaycanın daha bir deputatına orden verdi

Tarix: 02-12-2016 09:31     Baxış: 3307 A- / A+
Putinin Azərbaycanın daha bir deputatına orden verdi


Azərbaycan ilə Rusiya arasında münasibətlər uğurla inkişaf edir.

AzərTAc xəbər verir ki, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıda jurnalistlərə müsahibəsində deyib.

Qriqori Karasin bildirib ki, iki dost ölkə olan Azərbaycan ilə Rusiya arasında bir çox sahələri, o cümlədən sənaye, iqtisadiyyat, regional siyasət və digər sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Bizim əsas vəzifəmiz qarşılıqlı fəaliyyətin koordinasiyasını gücləndirmək və ölkələrarası dostluq münasiblərini daha da genişləndirməkdir.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfəsinə görə Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelini “Dostluq” ordeni ilə təltif edib. Nazir müavini deyib ki, ölkələrarası dostluq əlaqələrinin inkişafına töhfə verən şəxslərə diqqətin ayrılması vacib məqamdır.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə Azərbaycan Rus İcmasının fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrindən danışıb.

Sonra Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinə “Dostluq” ordeni təqdim edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar