Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

Tarix: 14-06-2019 19:46     Baxış: 4185 A- / A+
Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub


Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub.

Bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb.

Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub.

Qeyd edək ki, indiyə kimi Fuad Abbasovun hüquqlarını vəkillər Elman Paşayev və Teyyub Şərifov müdafiə ediblər. Bundan sonra isə yeni vəkil Teyyub Şərifovla birlikdə Fuad Abbasovun hüquqlarını müdafiə edəcək.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar