Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vahid Əhmədov: Camaatın 100 min manatlıq əşyasına beş min manat qiymət qoyurlar

Tarix: 14-06-2019 17:16     Baxış: 3204 A- / A+
Vahid Əhmədov: Camaatın 100 min manatlıq əşyasına beş min manat qiymət qoyurlar

Lombard rəhbərləri camaatı incidirlər.

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, bu fikir “Lombardlar haqqında” yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki, ümumiyyətlə, qanun layihəsi deputatların narazılığına səbəb olub.

Vahid Əhmədov müzakirələr zamanı bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır.

“Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var.

Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, bunun üçün müqavilə, qəbz, digər üsullardan istifadə olunmalıdır. Daha sonra layihədə deyilir ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Nəyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirir?

Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını beş min manat dəyərində qiymətləndirirlər”, - deyə millət vəkili əlavə edib.

Millət vəkillərindən Əli Məsimli ilə İlham Əliyev də qanun layihəsini sərt tənqid ediblər.

Hər iki millət vəkili qanun layihəsinin yenidən hazırlanmasını və təkmlilləşdirməsini təklif edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar