Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək

Tarix: 13-06-2019 10:55     Baxış: 3216 A- / A+
Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək


Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Manevr.az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.

Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.

Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir. /oxu.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar