Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir

Tarix: 12-06-2019 18:30     Baxış: 3166 A- / A+
Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verəcək.

Bu barədə Abdullayev özü sosial şəbəkədə məlumat yayıb.

Xalq yazıçısı ilə gənc yazar arasındakı davaya səbəb isə E.Baratın onunla bağlı sosial şəbəkədə paylaşdığı foto və status olub.

Belə ki, Barat avtomobil fotosu paylaşaraq iddia edib ki, Xalq yazıçısı AYB-yə gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatı mənimsəyərək özünə altıncı maşını alıb.

“Bu da Çingizin altıncı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə, restoranı icarəyə verir, büdcəni dağıdır, Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.

Ç.Abdullayev isə bu iddianı cavabsız qoymayıb.

Onun sözlərinə görə, sözügedən maşın altı il əvvəl alınıb:

“Vicdansız Elşad Barat! “Cip” maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ “Camry” isə şəxsən mənə aid deyil. Bu, dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq, mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman üçün yardım alır. AYB-nin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim öz şəxsi vəsaitindən sənə yardım da edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar