Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin “dünyanı bölək” çağırışı və Lavrovun ah-naləsi

Tarix: 04-06-2019 16:31     Baxış: 3243 A- / A+
Putinin “dünyanı bölək” çağırışı və Lavrovun ah-naləsi

Rusiya XİN rəhbəri Sergey Lavrovun “Beynəlxalq həyat” jurnalındakı məqaləsində diqqətimi çəkən bilirsinizmi nə oldu?..

Demək, 6 iyun 1944-cü ildə Fransanın Normandiya sahillərində “Neptun əməliyyatı” çərçivəsində ABŞ, Kanada və müttəfiqlərinin hərbi qüvvələrinin dəniz desantı əməliyyatı keçirməsindən 75 il ötür.

Bu təqvimin 75 illiyini Qərb ölkələrinin liderləri 6 iyun tarixində Normandiyada toplanaraq, təmtəraqlı şəkildə qeyd etmək niyyətindədirlər.

ABŞ Prezidenti Donald Tramp İngiltərə şahzadəsiylə görüşdən sonra Normandiyaya gedəcək.

Lavrov məqaləsində bir daha xatırladıb ki, Rusiya bu yığıncağa dəvət olunmayıb. Rusiya XİN rəhbərinin indi əl-ayağa düşməsinin səbəbi məhz İkinci Dünya müharibəsi qələbəsinin Qərb tərəfindən mənimsənilərək, Rusiyanın burada heç bir paya sahib olmadığı kimi göstəriləcəyi ehtimalıdır.

Rusiyanın XİN rəhbəri Sergey Lavrov 1944-cü ildə Böyük Britaniya Baş naziri Uinston Çörçillin Stalinə “dünya hakimiyyətini aralarında bölmək” təklifini, nazirin diliylə desək, “сферы ответственности”ni (məsuliyyət sferalarını) müəyyən etmək təklifini yada salır.

Deyəsən, 2007-ci ildə Rusiya Prezidenti Vladimir Putin də Münhen Təhlükəsizlik Konfransında bunu demişdi.

NATO-nun şərqə genişlənməsinə və Rusiyanın ABŞ-ın raketdən müdafiə sistemləri ilə mühasirəyə alınmasına qarşı kəskin mövqe ortaya qoyan Putin artıq ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyada yaşamaq istəmədiyini, dünya hakimiyyətini ABŞ-la bölməyə hazır olduğunu dilə gətirmişdi.

Dmitri Smirnovun sözləri ilə desək, “Münhen çıxışı planet üçün yeni davranış qaydalarını təsbit etdi”.

2008-ci ildə Cənubi Osetiya və Abxaziya müharibəsi, ardınca 2014-cü il Donbas hadisələri sübuta yetirdi ki, Putinin Münhendəki Lavrovun təbiri ilə desək, “сферы ответственности” çağırışını ciddiyə almaq lazım idi. Keçmiş SSRİ-nin də, postsovet dövrünün ilk illərindəki Rusiyanın da, bu gün müasir Rusiya Federasiya adlanan dövlətin də atdığı hər bir addım ABŞ və Avropaya bu barədə çağırış idi.

Azərbaycan torpaqlarını ermənilərə verərək qondarma Ermənistan dövlətinin yaradılması, sonra da 20% torpağının işğalda saxlanılması, Ukrayna və Gürcüstanın da eyni ssenari ilə “20 faizlik işğal” təzyiqində saxlanılması – hamısı Rusiyanın “payını hərbi gücüylə almaq” ehtirasının nümayişidir.

Rəsmi Moskva postsovet ölkələrinin NATO/AB/ABŞ-a (birqütblü dünyaya) inteqrasiyasının qarşısının alınması planını həyata keçirərkən yaratdığı konfliktlərin əksəriyyətində özü iştirak etsə də, yalnız Qarabağda vasitəçi dövlətdən – Ermənistandan yararlanıb.

Böyür-başındakı ölkələrə ikili standartdan yanaşmaqla, hərbi gücü ilə meydan oxuyan və öz iradəsini qəbul etdirən Rusiya iki ildən artıqdır ki, ABŞ-ın iqtisadi savaşı qarşısında gileylənməyə başlayıb. İndi cənab Lavrov dünyanı artıq neçəncisə dəfə “kim güclüdürsə, o haqlıdır” tezisindən istifadədə qınayır, ikili standartlardan gileylənir...

Hansı üzlə?

Dünyanı bölmək üçün ətrafındakı müstəqil dövlətlərə güc nümayişi ilə “öz həqiqətini” zorla qəbul etdirən bir dövlət “ikili standartlardan” gileylənməz.

ABŞ Gürcüstan və yaxud Azərbaycan deyil ki, Abxaziya, Osetiya və Qarabağla əsir saxlayasan!

ABŞ-la dünya ağalığını bölmək üçün savaş lazımdır – get savaş, gileylənib, hamının Rusiyaya qarşı istifadə etdiyi sözləri istismar etmə!axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar