Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kamran Həsənli pulu aldığını etiraf edib ... " - Vəkil

Tarix: 30-11-2016 15:43     Baxış: 5353 A- / A+
"Kamran Həsənli pulu aldığını etiraf edib ... "


Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işi davam edir.

Manevr.az xəbər verir ki, ifaçının vəkili Ceyhun Yusifov axşam.az-a açıqlamasında məsələnin hələ də uzandığını, həllini tapmadığını bildirib.

Vəkil deyib ki, müstəntiq müxtəlif bəhanələr gətirərək, istintaqın işini təxirə salıb:

"Bu məsələ ilə bağlı bütün səbr kasamız dolub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun "qaynar xətt"inə şikayət bildirmişik. Həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin qəbuluna düşmək üçün bütün gücümüzdən istifadə edəcəyik. Kamran Həsənlinin işi ilə bağlı istintaq müvəqqəti dayandırlıb. Səbəbini isə bilmirik. Deyirlər ki, guya Türkiyəyə sorğu göndərilib, cavab gözləyirlər. Samirin verdiyi puldan Kamran ölkədən bir qəpik çıxarmadığı halda, Türkiyədən hansı sorğuya cavab gözlənilir? Müstəntiq əvvəlcə Kamran Həsənlinin ölkədən pul çıxarıb-çıxarmadığını sübut etsin. Bunlar hamısı istintaqın işinə mane olmaq üçün bəhanələrdir.

Guya qanuna uyğun qaydada araşdırmaq istəyirlər. Ondansa qanun yolu ilə müstəntiq Türkiyəyə ezam olunsun, maraqlansın ki, Samirin oradakı şirkətdə səhmi var? Axı yoxdur, heç bir işə pul qoyulmayıb. Bir məktuba cavaba görə, cinayət işini dayandırmaq ixtiyarını haradan alıblar? Bütün səs yazıları istintaqa təqdim olunub, Kamran Həsənli pulu aldığını etiraf edib, pul qarşılığında 15 minlik maşınını Samirə verib, 10 min dollar qaytarıb. Bunlar da sübutdur, bəs istintaqa qaranlıq qalan məqam nədir?"

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar