Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda növbəti oyuncaq QALMAQALI: üzü qız, bədəni oğlan kuklalar SATIŞDA

Tarix: 03-06-2019 16:00     Baxış: 3339 A- / A+
Azərbaycanda növbəti oyuncaq QALMAQALI: üzü qız, bədəni oğlan kuklalar SATIŞDA


"Bu günləri şüuraltı olaraq uşaqların davranışlarına, gələcək də cinsiyyət problemlərinin formalaşmasına təsir edəcək oyuncaqların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır".

Bu sözləri Manevr.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, sözügedən oyuncağın fotosunu ilk olaraq sosial şəbəkə hesablarında paylaşıb:

"Mən insanların düşüncələrini öyrəndikdən sonra bu barədə, yəni bu cür oyuncaqların uşaqlara zərərləri, nəyə görə bunların satışı qadağan olunmalıdır suallarına aydınlıq gətirmək istədim. Cinsiyyəti tam olaraq bilinməyən oyuncaqlar istər oğlan, istərsə də qız uşaqlarının formalaşmasına mənfi təsir edir. Biz bu gün göy balina oyunu və uşaqların daha çox qapanmağa məruz qaldöğı digər oyunlardan danışırıq, ancaq bu tip oyuncaqlardan danışmırıq".

K.Ağazadə əlavə edib ki, hazırda əksər valideynlər övladları üçün oyuncaqlar alarkən diqqət etmirlər:

"Onlar fərqinə varmırlar ki, bu uşaqlar üçün zərərlidir. Bəlkə də heç cinsiyyəti ilə maraqlanmır, geyimini soyundurub baxmırlar. Biz isə uşaqların bu barədə valideynlərinə verəcək suallara nə cavab aldıqlarını bilmirik.

Ümumilikdə, söhbət Azərbaycandan yox, dünyadan gedir ki, hazırda homo problemləri çox genişlənir. Bunun qarşısını alaraq, xüsusən də uşaqları mənfi təsirdən qorumaq lazımdır. Valideynlər isə bu məsələdə çox diqqətli olmalıdırlar".

Qeyd edək ki, başı, üzü qız, bədəni oğlan olan oyuncaqların satışı barədə ötən aylarda da məlumat geniş yayılmış, müzakirələrə səbəb olmuşdu.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar