Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Tarix: 29-05-2019 23:55     Baxış: 3200 A- / A+
Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Manevr.az xəbər verir ki, Dövlət Komitəsinin sədri qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verib. Qeyd edilib ki, Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayıb. Münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinin bu məsələdə mühüm əhəmiyyət daşıdığı, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə təsirinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, münaqişənin siyasi yolla həllinin tapılmaması hər an hərbi vasitələrin tətbiqi təhlükəsi yaradır. Ermənistanın təxribatına cavab olaraq, 2016-cı ilin aprelində qoşunların təmas xəttində hərbi qarşıdurma yarandığı, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edildiyi xatırladılıb.

Bildirilib ki, Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox qaçın və məcburi köçkün doğma yurd-yuvasından didərgin düşüb. Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətininin prioritetlərindəndir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri vardır. Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə ABŞ-ın icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib.

Amerikalı qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Qeyd olunub ki, səfərin əsas məqsədi ABŞ Konqresi üzvləri və onların köməkçilərində Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, həmçinin ABŞ-la ortaq maraqlar, o cümlədən enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik, terrorçuluq və ekstremizmə qarşı mübarizə sahələrində əməkdaşlıq, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak, ölkəmizdə tolerantlıq, mültikulturalizm ənənələri, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində məlumatlılığın artırılmasıdır.

Görüşdə, ABŞ Konqresinin üzvlərinin köməkçiləri ilə yanaşı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əməkdaşları, eləcə də Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az

Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar