Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı AÇIQLAMA VERDİ

Tarix: 29-05-2019 22:33     Baxış: 3146 A- / A+
Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı AÇIQLAMA VERDİ

“Azərbaycan jurnalisti Fuad Abbasovun saxlanılması məsələsini yaxından öyrənəcəyik və ona baş çəkməyə çalışacağıq”.

Manevr.az bildirir ki, bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.

“Fuad Abbasovun saxlanılmasına dair heç kim bizə müraciət etməyib. Sizin sualınıza qədər Moskvada Azərbaycan jurnalistinin saxlanması ilə bağlı heç bir məlumatımız yox idi. Bu cür hallara çox həssas yanaşırıq və onları nəzarətdə saxlayırıq”, – T.Moskalkova bildirib.
Rusiya Ombudsmanı Fuad Abbasovla bağlı AÇIQLAMA VERDİ

Öz növbəsində, Fuad Abbasovun vəkili Teyyub Şərifov “Report”a açıqlamasında deyib ki, onun deportasiyası daha yuxarı instansiya məhkəməsinə şikayət edildiyinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

“Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verdik. Məhkəmənin ilkin iclasının vaxtı hələ təyin olunmayıb. Şikayətə baxdıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiya edilməsinin qanuniliyi ilə bağlı qərar verəcək”, – vəkil bildirib.

Xatırladaq ki, Azərbaycan jurnalisti Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar