Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Pozner: “Azərbaycanlılar anlamalıdırlar ki, mənim qəlbim ermənilərlədir”

Tarix: 28-05-2019 20:48     Baxış: 3203 A- / A+
Pozner: “Azərbaycanlılar anlamalıdırlar ki, mənim qəlbim ermənilərlədir”

Məşhur jurnalist və teleaparıcı Vladimir Pozner təəssüf edir ki, bu yaxınlar Ermənistana səfər etdiyi vaxt Dağlıq Qarabağa getməyə imkan tapmayıb. Bu barədə o, Ermənistanın İctimai televiziyasına verdiyi müsahibədə deyib.

Pozner qeyd edib ki, Ermənistana və ermənilərə böyük simpatiya ilə yanaşır və erməniləri “çox ağıllı” hesab edir. Jurnalist vurğulayıb ki, ermənilərin çətin vəziyyətlərdə yaşamaq və sağ qalmaq kimi unikal qabiliyyətləri onu cəlb edir. Eyni zamanda, ermənilərin “heç nəyə baxmayaraq, həyat zövq almaq” bacarıqları xoşuna gəlir.
“Təəssüf ki, Dağlıq Qarabağda olmamışam. Məmnuniyyətlə gedərdim. Lakin vaxt tapmadım. Gedib öz mövqeyimi bilirərdim ki, hamı, o cümlədən cənab azərbaycanlılar da bilsin ki, mənim qəlbim bu tərəfdədir, o tərəfdə deyil”, - virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Pozner belə deyib.

Bununla birlikdə, Pozner bildirib ki, onu Bakının “qara siyahı”sı maraqlandırmır, hər şeydən savayı, bu siyahı onda gülüş doğurur.

“Məni qara siyahıya salacaqlar, nə olsun? Düşünürəm ki, bundan sonra gecələr sakit yatmaqda davam edəcəyəm”, - jurnalist vurğulayıb.

Pozner eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla ünsiyyətdən sonrakı təəssüratları ilə bölüşüb. Onun sözlərinə görə, hökumət başçısı üçün jurnalist peşəsi vacib olaraq qalır, bəlkə də ən vacibidir.

“Mən hətta ona deməyi düşündüm ki, eyni vaxtda həm jurnalist, həm də baş nazir olmaq olmaz. O, ünsiyyətdə çox sadə insandır, onunla söhbət etmək xoşdur. Bu cür statuslu insanlarda nadir rast gəlinən dinləmək bacarığı var. Çox xoş insandır”, - Pozner deyib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar