Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərdən gözlənilməz iddia: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir”

Tarix: 28-05-2019 08:05     Baxış: 2191 A- / A+
Ermənilərdən gözlənilməz iddia: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir”

“Ermənistanda fəaliyyət göstərən silahlı Sasnra Çrer Partiyası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşır”.
Bu barədə Sasna Çrer üzvü Areq Kureqyan məlumat verib.


O, mitinqlərdə işğal bölgəsinin Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağını bildirib: “Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir”.

Ermənistan mediası Sasna Çrerin aksiyasını “təxribat” adlandırıb. Ermənistanın işğalçı ordusunun keçmiş üzvü, general Arşavir Qaramyan isə Qarabağ separatçılarının başçısı Bako Saakyanın ölümlə təhdid edildiyini bildirib. General keçmiş döyüşçü Jivan Abramyanın Saakyanı ölümlə hədələdiyini deyib.

Erməni mediasında yayılan iddiaya görə, Sasna Çrerin başladığı anti-Qarabağ kampaniyasının və Bako Saakyanın təhdid edilməsinin arxasında Baş nazir Nikol Paşinyana bağlı şəbəkə durur:

“İrəvanda Qarabağ başçılarının təhdid edilməsinə yönəlik çağırışlar var. Sasna Çrer Qarabağda təxribatçı aksiyalara başlayıb. Qarabağın girişinə “Qarabağ Ermənistanın ərazisidir” şüarını yazıblar. Ermənistan hakimiyyəti isə bu təxribata cavab vermir.

Ermənilərdən gözlənilməz iddia: “Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir”

Nikol Paşinyan
Digər yandan isə Robert Köçəryanın həbsdən çıxmasına etiraz edən Nikol Paşinyan cəmiyyətə Qarabağda inqilabın baş verəcəyi mesajını ötürü. Hesab etmək olar ki, bu təxribatçı kampaniyanın sonunda Qarabağı itirə bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu il ərzində 10-dan çox hərbi təlim keçib”.

Məlumatda qeyd edilib ki, Soros Fondunun tapşırığı ilə qərar qəbul edən Paşinyan hökumətinin əsas məqsədi Ermənistanı tamamilə Rusiyadan uzaqlaşdırmaq, Qarabağı Azərbaycana qaytarmaqdır. (teleqraf.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar