Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan rəsmisi: “Azərbaycanla sərhəddə 14-ə yaxın hissə razılaşdırılmayıb”

Tarix: 26-05-2019 13:40     Baxış: 3221 A- / A+
Gürcüstan rəsmisi: “Azərbaycanla sərhəddə 14-ə yaxın hissə razılaşdırılmayıb”

“Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb və bu hissələrə Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yerləşən ərazilər də daxildir”.

Bu barədə jurnalistlərə Gürcüstan və Azərbaycan arasında Sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, mayın 23-ü və 24-də komissiyanın Bakıda keçirilən iclasında razılaşdırılmamış hissələrlə bağlı ətraflı müzakirələr aparılıb: “Sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb. Üçdə bir hissəsi isə razılaşdırılmamış olaraq qalır. Həmin sahələrə ekspertlərin birgə səfər etməsi ilə bağlı razılıq əldə olunub və səfərlərdən sonra komissiya nəticələri müzakirə etmək üçün iclas keçirəcək”.

L.Darsalia qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yol tikinti işləri Azərbaycan tərəfdə ölkənin nəzarəti altında olan ərazilərdə aparılıb və buna baxmayaraq bütün işlər dayandırılıb.

Daha əvvəl komissiyanın həmsədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar