Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Tarix: 24-05-2019 14:05     Baxış: 4125 A- / A+
Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...


"Karqo terminallarında gömrük yoxlamaları ilə bağlı hər hansı sıxlıq müşahidə olunmur. Gömrük normal iş üslubunda çalışır”.

Manevr.az xəbər verir ki, bunu reprot-a açıqlamasında Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan karqo şirkətlərinin karqo terminallarında gömrük yoxlamaları səbəbindən yüklərin gecikməsi ilə bağlı iddialarına aydınlıq gətirən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu ildən gömrük orqanları ilə vergi orqanları bir yerdə uçotun qurulması ilə bağlı yeni qaydalar qüvvəyə minib: "Hər bir sahibkarın malları öz adına bəyan etməsi prosesi başlayıb. Bu proses 1 ay öncədən start götürüb. Həmin proses bir az sıxlıq yarada bilər, səbəbi isə ondan ibarətdir ki, ola bilsin sahibkarlar ona hələ tam hazır deyil. Onlar onu qeyd edə bilərlər. Ümumilikdə hər hansı rüsum yaxud vergidə, həmçinin gömrük nəzarətində dəyişiklik baş verməyib”.

Xatırladaq ki, son günlər Azərbaycana başqa ölkələrdən gələn yüklərin çatdırılmasında yubanmalar qeydə alınıb. Müştərilərə müraciət edən bəzi karqo şirkətləri bunun karqo terminallarındakı gömrük yoxlamaları ilə bağlı olduğunu qeyd ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar