Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib - ŞƏKİLLƏR

Tarix: 22-05-2019 20:12     Baxış: 2697 A- / A+
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib



Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.Konfransda giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva Yeni Azərbaycan Partiyasını cəmiyyətin aparıcı siyasi qüvvəsi olduğunu bildirib.YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri Hacıəli İsmayılov isə tədbirdə hesabat məruzəsi ilə çıxış edib.
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib


Qeyd olunub ki, rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Daha sonra hesabat məruzəsi ətrafında fəal gənclər Varis Rüstəmov,Səbinə Qarayeva və Toğrul Kərimili çıxış ediblər.Sonra konfransda Rayon Ağsaqqalar Şurasının sədri Böyükağa Həmidov, Milli Məclisin deputatları Rüstəm Xəlilov, Elçin Quliyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.Tədbirdə həmçinin təşkilatı məsələlərə baxılıb. YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri seçilib. Varis Rüstəm oğlu Rüstəmov YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda, rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V Konfransına 2 nəfər nümayəndə seçilib. Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin IV Konfransı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar