Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Ən şərəfsiz işlərə pul xərcləyirlər, bir Fuada sahib çıxmırlar" - Deputatdan SƏRT SÖZLƏR

Tarix: 22-05-2019 15:16     Baxış: 3218 A- / A+
"Ən şərəfsiz işlərə pul xərcləyirlər, bir Fuada sahib çıxmırlar" - Deputatdan SƏRT SÖZLƏR

"Azərbaycan vətəndaşının bir qiyməti yoxdur. Bu, yəhudi deyil, qazax deyil, özbək deyil, koreyalı deyil. Bu, Azərbaycan vətəndaşıdır. Dövlət qurumlarımızdan Azərbaycan vətəndaşına ideal bir münasibətmi gözləyirsiniz. Səfirin durub Azərbaycan vətəndaşı üçün fədakarlıqmı edəcəyini düşünürsünüz? Azərbaycan vətəndaşına dəyər verən yoxdu ki indiki məqamda da Xarici İşlər Nazirliyi, Diaspor Komitəsi, səfirlik bəyanat versin”.

Manevr.az xəbər verir ki, bunu bakupost.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Ababsovun müdafiəsiz qaldığını bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan vətəndaşını Rusiyada terrorçu kimi tutublar: "Təsəvvür edin, Zori Balayanı milli ədavəti qızışdırma adıyla tutsaydılar, Ermənistanda nə baş verərdi? Söhbət ondan gedir ki, vətəndaşımızın dəyəri yoxdur. Bir vətəndaşımızın gözünü sındırandan sonra kim çıxacaq Rusiyada debatlara, Qarabağ davasını kim aparacaq? Hamı arxa planda qəhrəmanlıqdan danışır”.

F.Mustafa bildirib ki, Azərbaycan haqqında xoş söz deməsi üçün xaricilərə milyonlar xərcləyirik, ancaq bunu təmənnasız edən öz insanımıza sahib çıxmırıq: "Bir Fuad Abbasovun ev problemi nədir ki, onu bir nəfər azərbaycanlı həll edə bilmədi. Qızlara, restoranlara, barlara, ən şərəfsiz işlərə pul xərcləyirlər, ancaq orda Qarabağ üçün, Azərbaycanın mövqeyini müdafiə edən biri üçün iş görmürlər”.

Deputat deyib ki, ermənilərə qarşı Rusiyada mövqe qoyan bir həmyerlimizə belə münasibətə reaksiya verilməsə, bundan sonra heç kim orada ölkəmizin mövqeyini müdafiə etməyəcək: "Biz Rusiyayla savaşmırıq ki. Əgər Rusiya polisi belə tərbiyəsizdisə, bunu öz vətəndaşına da eləsin. Azərbaycan vətəndaşının bir günahı varsa, tut, məhkəmə cəzasını versin. Yoxsa bu təhqiramiz münasibət nədir axı?! Bir jurnalisti, ziyalını terrorist kimi həbs edirlər. Buna ən azı bir bəyanat, nota verilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar