Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Eyyub Yaqubovun İsveçdəki konsert qalmaqalı böyüyür - mühacirdən sərt açıqlamalar

Tarix: 21-05-2019 20:02     Baxış: 3245 A- / A+
Eyyub Yaqubovun İsveçdəki konsert qalmaqalı böyüyür - mühacirdən sərt açıqlamalar

Kənan Hacıəkbəroğlu: “Nədən özlərini vətənpərvər göstərirlər, anlaşılan deyil”

Mayın 18-də xalq artisti Eyyub Yaqubovun İsveçdə konsert verməsi ilə əlaqədar yaranan qalmaqal böyüməkdədir. Bu ölkədə yaşayan siyasi mühacir Kənan Hacıəkbəroğlu bildirib ki, Laçının işğal günü konsert vermək düzgün deyil. Onun konsertdə sərt etiraz bildirməsindən sonra ona tədbirin təşkilatçısı, Vahid Azərbaycan Dərnəyinin rəhbəri Ayə Coşqunun cavab verməsinin ardından İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev də məsələyə “Yeni Müsavat”da münasibət bildirib.

O, siyasi mühacirin iddialarını təkzib edib. Deyib ki, K.Hacıəkbəroğlu konsertdə iştirak edənləri vətənpərvər olmamaqda suçladığına görə üzr istəməlidir.

Bununla bağlı K.Hacıəkbəroğluna cavab haqqı tanıdıq. O, musavat.com-a açıqlamasında fikirlərinin üstündə israrla dayandığını söylədi: “Mayın 18-ə Laçının işğal günü verilən konsertlə bağlı artıq sosial şəbəkələrdə və mətbuatda kifayət qədər məlumatlar verilib. Təşkilatçıların artıq kim olduğu, kimlikləri bilinir. Ayə xanım özünü diaspora rəhbəri kimi təqdim edir. Amma bunlar nə diaspora üzvüdürlər, nə də diaspora rəhbərləri. Onların təşkilatı İsveçdə sadəcə adi bir dərnəkdir. 5-10 nəfərdən ibarət təşkilatdırlar. Mətbuatda özlərini Azərbaycan nümayəndələri kimi təqdim edirlər. Amma bu, yalandır. Emil Mirzəyev burada iqtidarın nümayəndəsi deyil. Maraqlısı budur ki, onunla bir-birini qıran, bir-birilərini söyən adamlar indi bu məsələdə birləşiblər. Görünür, ümumi maraqlar bunları birləşdirir. Bir zamanlar Azərbaycan Federasiyasının rəhbəri Səttar bəyə qarşı müharibə elan etmişdilər.
Eyyub Yaqubovun İsveçdəki konsert qalmaqalı böyüyür - mühacirdən sərt açıqlamalar

Kənan Hacıəkbəroğlu

Onu rəhbərlikdən çıxarmağa nail oldular. İndi isə qardaş-bacı olublar. Çox maraqlıdır ki, vətənpərvərlikdən danışan adamlar vətənlə bağlı heç bir iş görməyiblər. İddia edirlər ki, Azərbaycan üçün çox iş görüblər. Amma əminliklə deyirəm, belə deyil. Guya konsert pulsuz olub. Lakin afişalarda qiymətlər göstərilib və biletlər 350 krona satılıb, yəni Azərbaycan pulu ilə 70 manata. Bir daha deyirəm, o konsertdə iştirak edənlərin 90%-i vətənpərvər deyillər, sadəcə feysbuq qəhrəmanlarıdır. Onlar nədən özlərini vətənpərvər göstərirlər, anlaşılan deyil. İşğal edilmiş rayonların tarixini bunlar bilmirlərsə, həmin günü toy-bayram edirlərsə, o zaman hansı vətənpərvərlikdən danışa bilərlər?! Laçının işğalı bunlar üçün kədər deyil? Nə üçün o ərazilərin işğal gününü anmadılar? Arsız olub, vətənpərvər olmaq mümkün deyil. Vətənpərvər elə vətənpərvərdir. Bu məsələlərdə adları hallandığı üçün Diaspora Komitəsi də mövqeyini bildirməlidir. Düşünürəm ki, komitənin məlumatlı olması əsasında şou-biznes nümayəndələri xaricə gəlib konsert versələr, daha yaxşı olardı. Hər yerindən duran şəxsi büdcəsini doldurmaq üçün xaricə gedib konsert verməməlidir. Diaspora Komitəsi adından kimsə danışa bilməz”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar