Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qadınlar daha çox hansı sahələrdə çalışır?

Tarix: 18-05-2019 11:54     Baxış: 3203 A- / A+
Azərbaycanda qadınlar daha çox hansı sahələrdə çalışır?


Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır.
Report xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.


O bildirib ki, qadınların rəhbər vəzifələrdə çalışdığı ölkələrdə hər zaman inkişaf olub: “Elə sahələr var ki, orada çalışan qadınların sayı kişilərin sayından çoxdur. Misal üçün, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”.

Dövlət Komitəsinin sədri Azərbaycan cəmiyyətində qadınların, o cümlədən gənc qızların özləri üçün xüsusi yer tutmasını istədiyini bildirib: “Çünki əhalinin yarısını qadın cinsinin nümayəndələri təşkil edir və qadınlar ölkədə baş verən bəzi proseslərdə iştirak etməsə, hansı inkişafdan söhbət gedə bilər?! Gender anlayışı təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bəzi ölkələrində də düzgün başa düşülmür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar