Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qorxunc görüntü! İlan digər ilanı diri-diri uddu

Tarix: 16-05-2019 20:30     Baxış: 3243 A- / A+
Qorxunc görüntü! İlan digər ilanı diri-diri uddu


Manevr.az heyvanlar aləmi ilə bağlı maraqlı məlumatları təqdim edir. Bu dəfə təqdim etdiyimiz videoda kral kobrasında bəhs olunub. Bu ilanlar digər ilanları dişləyir,yaxud diri-diri udur. Çox zaman öz quyruqlarını belə başqa canlı hesab edərək dişləyir.

Kral kobrası (lat. Ophiophagus hannah və ya Naja bungarus) — kral kobrası cinsinə aid heyvan növüdür.

Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir.

Kral kobralar mərcan ilanı (Micrurus), tikanlı ilan (Acanthophis) və qara mamba (Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Kral kobrası hücüm zamanı zəhər vəzilərinin kanallarını əzələlər vasitəsilə bağlamaqla tənzimləyir. Baxmayaraq ki, bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır, bir çox hallarda ilan sadəcə zəhər buraxmadan dişləməklə insanı qorxutmağa cəhd edir. Görünür zəhərin təsadüfi və lazımsız yerə istifadə olunması onun üçün arzuolunmazdır. Bu, hər şeydən əvvəl ov zamanı zəhərin ilan üçün mühüm əhəmiyyət kəsb etməsinə görə ola bilər. Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.

Birinci sancma zamanı zəhərlənmədə insan ölümlə üzləşə bilər. Bu halda ölüm ehtimalı 75%-dən artıq ola bilər. Lakin kral kobrası dişləmələrinin ümumi statistikası onu göstərir ki, ilan sancmaları cəmi 10%-i insan ölümünə səbəb olur.

Bəzən kral kobrası sancdıqdan dərhal sonra hətta Hindistan fili də ölmüşdür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar