Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avropada sinxron qarayaxma aksiyası – nə ermənilər dincəlir, nə də bizim “radikal mühacirlər”

Tarix: 14-05-2019 13:21     Baxış: 3207 A- / A+
Avropada sinxron qarayaxma aksiyası – nə ermənilər dincəlir, nə də bizim “radikal mühacirlər”

Dünən, mayın 13-də Belçikanın paytaxtı Brüsseldə bir qrup azərbaycanlı mühacir Azərbaycan Prezidentinin yerləşdiyi otelin qarşısında aksiya keçirmək cəhdi göstəriblər.

Bunlar o adamlardır ki, artıq illərdir Avropada bu fəaliyyətlə məşğuldurlar, sosial şəbəkələrdə öz hərzə-hədyanların davam etdirir, Azərbaycanın yüksək səlahiiyyətli rəsmi şəxslərinin hansısa Avropa paytaxtına səfərini fürsət bilir, həmin şəhərə gedir, bu cür aksiyalarla öz mövcudluqlarını isbat etməyə çalışırlar.

Araşdıranda məlum olur ki, bu başıpozuq adamlar məhz o şəxslərdir ki, öz “radikal müxalif fəaliyyəti”ndən mənfəət güdürlər. Müxtəlif səbəblərdən ölkəmizdən getmiş yüzlərlə başqa mühacir onlara qoşulmur, ayrı-ayrı Avropa ölkəsində öz həyatlarını yaşayırlar. Amma bu xəyanətkar ünsürlər hər gün asudə yaşadıqları Avropa ölkəsində “fədakarlıq” göstərir, vətəni tərk etməyən insanlara çağırışlar edirlər. Bununla da onlar yaşadıqları ölkədən deportasiya olunmaq riskini azaldırlar, həmin dövlətləri və beynəlxalq təşkilatları belə bir fakt qarşısında qoyurlar ki, bəli, onlar radikal müxaliftçidirlər və ölkələrinə geri göndərilə bilməzlər.

Bundan başqa, onların bu ki aksiyalarını maliyyələşdirən qruplar da tapılır. Eynilə müxtəlif ölkələrdə yaşayan erməni qruplarının bənzər aksiyalara əl atması da göstərir ki, bu məsələdə azərbaycanlı “radikal müxaliflər”lə erməni fəalların addımları sinxron hala gəlir.
Yaşadıqları ölkənin qayda-qanunlarına uyğun şəkildə faydalı bir işlə məşğul olmaqdansa “xaricdə radikal müxalifətçilik” oyunu oynayan bu nadürüstlər bu fəaliyyətlərini artıq iş yerinə çeviriblər.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar