Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Jirinovski SƏRSƏMLƏDİ: Azərbaycan dağılacaq, rus general-qubernatoru Bakıda oturacaq - VİDEO

Tarix: 13-05-2019 13:50     Baxış: 3312 A- / A+
Jirinovski SƏRSƏMLƏDİ: Azərbaycan dağılacaq, rus general-qubernatoru Bakıda oturacaq - VİDEO

Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq.

Manevr.az-ın yeniavaz.com-a istinadən məlumatına görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski "Voskresnıy veçer s Vladimirom Solovyovım" verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsrail 10 il bundan əvvəl İrana zərbə vurmaq qərarına gəlib: "Və zərbə vuracaqlar. Amerika gəmiləri artıq İran sahillərinə istiqamət alıb. İrana zərbə vurulduqdan sonra milyonlarla qaçqın olacaq. Onlara hara gedəcəklər? Şimala. Biz nə edəcəyik? Sərhədləri bağlayacağıq. Nəticədə orada qanlı qarışıqlıq yaranacaq. Azərbaycan, Ermənistan və Gürcüstan dağılacaq".

V. Jirinovski bildirib ki, Suriyada axırına çıxılmayan silahlılar Mərkəzi Asiyaya soxulmaq üçün siqnal gözləyirlər: "Tacikistan-Əfqanıstan sərhədi hər gün pozulur. Hər gün bir neçə tacik sərhədçisi həlak olur. Bu onunla başa çatacaq ki, silahlılar Mərkəzi Asiyaya girəcəklər və yenidən qaçqınlar olacaq. Onlara hara gələcək? Rusiyaya? Xeyr, biz sərhədləri bağlayacağıq. O zaman ABŞ və Rusiya prezidentləri Soçidə görüşüb razılığa gələcəklər. Yalta əvəzinə Soçi olacaq. Biz ikimiz (ABŞ və Rusiya) terror və zorakılığın olmaması üçün dünyadakı vəziyyəti öz aramızda bölüşəcəyik. Bununla yanaşı, neftin qiyməti kəskin artaraq 1 barelə görə 120 dollar təşkil edəcək. Bundan ancaq Rusiya udacaq. Çin uduzur və orada böhran başlayır. Bahalı qaz və neft Çin iqtisadiyyatını dağıdacaq. Tramp və Putin Soçidə razılığa gələcəklər. Yalnız ikisi, üçüncüsü artıqdır".

LDPR sədri qeyd edib ki, SSRİ-nin qərb sərhədləri bərpa ediləcək - Baltikyanı ölkələr, Moldova, Ukrayna və Belarus: "Zaqafqaziya federativ dairəsi yaradılacaq. Rus general-qubernatoru İrəvanda, ya da Bakıda oturacaq. Mərkəzi Asiya federativ dairəsi olacaq. Almatıda rus general-qubernatoru oturacaq. Yaxın 10 ildə Ukrayna dövlət kimi dağılacaq və 10 hissəyə parçalanacaq. Yaxın 10 ildə nizam-intizam yaradacağıq".

Qeyd edək ki, V. Jirinovskinin sözügedən çıxışını videonun 1:23:27-dən 1:27:20-dək olan bölümündə izləyə bilərsiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar