Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Super Mama - Hamiləlik Məktəbi

Tarix: 12-05-2019 22:59     Baxış: 3174 A- / A+
Super Mama - Hamiləlik Məktəbi


Super-Mama hamiləlik məktəbinin məqsədi gələcək anaların problemsiz hamiləlik dövrünü və rahat doğum prosesini təmin etməkdir.

Bu məktəbdə təqdim olunan xidmətlər: prenatal yoqa, pilates, masaj, mühazirələr, doğuş sonrası bərpa proqramı.

Prenatal yoqa məşqlərində gələcək analar həm fiziki hərəkətlər, həm nəfəs texnikalarını, həm də rahatlanma metodlarını mənimsəyir.

Faydaları:

Çanaq dibi əzələlərini doğuşa hazırlayır
Nəfəs texnikası vasitəsi ilə sancıları daha ağrısız keçirtməyə yardım edir
Bel ağrılarını aradan qaldırır
Şişkinliyi azaldır
Stress və yuxusuzluqla mübarizə etməyə kömək edir
Qəbizlik problemini azaldır
Pilates isə artıq çəkidən əziyyət çəkən hamilələr üçün nəzərdə tutulub, yoqayla müqayisədə bir qədər daha aktivdir. Pilateslə məşğul olan hamilələr doğuşdan sonra daha tez əvvəlki formaya qayıdırlar.

Massaj gələcək analara gərginlikdən və ağrılardan azad olmağa kömək edir.

Mühazirələr gələcək anaları maarifləndirməyə yönəlir. Super-Mama hamiləlik məktəbində "Doğuş prosesi necə keçir", "Uşağa baxım", "Əmizdirmə" kimi mövzular barəsində mütəxəssislər tərəfindən məlumat verilir. Atalar üçün də analara dəstək ola bilmələri üçün xüsusi seminarlar keçirilir.

Doğuş sonrası bərpa proqramı vasitəsilə analar boşalmış qarın əzələlərini bərkidə, artıq çəkidən azad ola bilərlər. Məşqlərə körpələrlə də qoşulmaq olar.

Super-Mama bütün gələcək analara rahat hamiləlik və asan doğuş arzulayır!


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar