Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Arıqlamaq istəyənlərə qadağan edilən 5 qida – SİYAHI

Tarix: 12-05-2019 22:20     Baxış: 3197 A- / A+
Arıqlamaq istəyənlərə qadağan edilən 5 qida – SİYAHI


Arıqlamağı qarşısına məqsəd qoyanlar təkcə az yemək yox, həm də arıqlamağa mane olan qidaları bilib, tamam uzaq durmaq lazımdır.

Manevr.az arıqlamaq istəyən insanlara dietoloqların qadağan etdiyi 5 məşhur qidanın siyahısını təqdim edir:

1. Bulka, baton, ağ çörək

Bu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırıb, qarın bel nahiyəsində artıq piy toplanmasına səbəb olur. İdman edən, pəhriz saxlayan insanlar bu ərzaqlardan uzaq dursun. Un məmulatı yulaf, qarabaşaqdan ola bilər. İkinci yeməkləri çörəksiz yeyin.

2. Şirin qazlı içkilər

Qazlaşdırılmış istənilən içki, hətta üstündə 0 kalori, dietik, meyvəli yazılsa belə, sizə fayda verməyəcək. Bu içkilər köp yaradır, qaraciyəri yükləyir, qanda şəkəri artırır, bədəndə artıq piyə çevrilir.

İçkilərə vurulmuş qaz həzmi sürətləndirir, ona görə insan tez acır.

3. Yağlı ət, kolbasa-sosis, hisə verilmiş ət və balıq məhsulları, fast-fud qidaları

Həftəyə 1-2 dilim kolbasa, 1-2 ədəd sosis belə çəkini artırır, iştahı yüksəldir, insanı yeməyə məcbur edir. Bu məhsullar qanda pis xolesterini qaldırır, maddələr mübadiləsini zəiflədir, mədəaltı vəzə mənfi təsir edir.

Meyliniz çəkirsə, ildə 3-4 dəfə az miqdarda yeyə bilərsiniz.

4. Mayonez

100 qr mayonezdə 700 kkal enerji var. Salatları zeytun yağı və digər souslarla dadlandırın. Müxtəlif kimyəvi qatqılarla "zəngin" olan mayonez insan sağlamlığı üçün ən ziyanlı məhsullardan biri sayılır.

5. Bütün konditer-qənnadı məhsulları

Arıqlamaq istəyən təkcə tort, pirojnadan yox, konfet, zefir, marmelad- bir sözlə, mağazalarda satılan bəzəkli, şirin nə varsa, imtina etməlidir.

Sizə yalnız tünd acı şokolad yetərlidir. Şirniyyatı günün birinci yarısı yeməlisiz. Əgər günə 2-3 konfet yeyirsizsə, arıqlama prosesi xeyli yavaşıyacaq.

Şirniyyatların əvəzinə az miqdarda meyvə quruları yeyə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar