Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elçibəyin kürəkənindən onun keçmiş silahdaşlarına etiraz

Tarix: 06-05-2019 22:43     Baxış: 3195 A- / A+
Elçibəyin kürəkənindən onun keçmiş silahdaşlarına etiraz

Aqil Səmədbəyli: “Xəyanətkarlarla nəinki birlikdə təşkilat yaratmağı, hətta onlarla eyni masa ətrafında oturmağı, müzakirə aparmağı prinsipsizlik hesab edirəm”

1993-cü ilin iyun qiyamında qiyama açıq və ya gizli dəstək vermiş bir sıra tanınmış şəxslərin son zamanlar müxalifət cəbhəsində aktivləşməsi müşahidə olunur. Hansı ki, Əbülfəz Elçibəy onları xəyanətkar adlandırırdı. Maraqlıdır ki, hakimiyyətin devrilməsi ilə nəticələnən qiyama dəstək verən həmin adamlarla Əbülfəz Elçibəy komandasının bəzi üzvləri son vaxtlar eyni masa ətrafında, müxtəlif siyasi, ictimai təşkilatların yaradılması prosesində çiyin-çiyinə fəaliyyət göstərirlər.

Bəs, Əbülfəz Elçibəyin silahdaşları olmuş şəxslərin o cür xəyanətkarlarla indi eyni cərgədə görünməsi nə dərəcədə düzgündür?

Əbülfəz Elçibəy ailəsinin təmsilçisi, Bütöv Azərbaycan Birliyinin sədri Aqil Səmədbəyli “Yeni Müsavat”a açıqlamasında bu tendensiyanı müşahidə etdiyini və Elçibəy komandasının üzvlərinin Elçibəyə xəyanət edənlərlə bir yerdə olmasını xoş qarşılmadığını bildirdi: “Bu mənzərə məncə, cəmiyyət tərəfindən də xoş qarşılanmır. Elçibəy komandasının üzvləri bilməlidir, bu milli hakimiyyətə xəyanət etmək məsələsi şəxsi məsələ deyil ki, o adamları bağışlayasan. Bu, millətə, dövlətə edilmiş xəyanət idi. Azərbaycan xalqına, dövlətinə xəyanət edib onu ağır vəziyyətə salan həmin xəyanətkarlarla nəinki birlikdə təşkilat yaratmağı, hətta onlarla eyni masa ətrafında oturmağı, müzakirə aparmağı prinsipsizlik hesab edirəm. O cür adamlarla bir yerdə olmaq onların reablitasiyasına da xidmət edir. Xalqımız da xəyanətkarlarla bir yerdə olmağı, bu tipli addımları təqdir etmir”.

A.Səmədbəyli onu da dedi ki, Elçibəy hakimiyyətinə xəyanət etmiş, onun devrilməsinə siyasi dəstək vermiş adamlarla hansısa siyasi birlik qurmağın müsbət perspektivi ola bilməz və xalqdan bu cür adamların olduğu birliklərə dəstək verilməsi mümkün deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar