Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN-in jurnalında Azərbaycana qarşı təxribat - FOTO

Tarix: 27-11-2016 11:05     Baxış: 3343 A- / A+
Rusiya XİN-in jurnalında Azərbaycana qarşı təxribat


Rusiya Xarici İşlər Nazirliyinin mətbu orqanı olan, nazirliyin təsis etdiyi “Mejdunarodnaya jizn” jurnalının son buraxılışında Azərbaycana qarşı təxribata yol verilib.

Manevr.az xəbər verir ki, təxribatçı məqalənin müəllifi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, erməni Robert Yengibaryandır. Məsələ burasındadır ki, jurnalın baş redaktoru da ermənidir. APA-nın Moskvadakı əməkdaşı Fərid Əkbərovun jurnalın baş redaktoru olan Armen Ohanesyana zəng edərək jurnalda niyə yalan faktlara əsaslanan yazının dərc olunduğunu soruşub. Armen Ohanesyan isə azərbaycanlı jurnalistə belə cavab verib: “Bu, müəllifin yazdıqlarının hamısının doğru olması demək deyil. Bu, elmi mübahisədir. Siz hesab edirsinizsə ki, Yengibaryanın yazdıqları düzgün deyil, o zaman bizim redaksiyaya yazın. Onun yazdıqlarını təkzib edə bilərsiniz. Biz sizin də mövqeyinizi çap etməyə hazırıq”.

Baş redaktoru erməni olan, Rusiya XİN-nin təsisçiliyi ilə nəşr olunan “Mejdunarodnaya jizn” jurnalında erməni alimin Azərbaycanən əleyhinə dərc etdirdiyi bu məqalə politoloqların da hiddətinə səbəb olub. Tanınmış politoloq Elxan Şahinoğlu həmin məqalə ilə bağlı "Facebook" səhifəsində belə bir qeydində erməni baş redaktorun azərbaycanlı jurnalistə verdiyi cavabda müəyyən dərəcədə haqlı olduğunu bildirib: "Adam ( “Mejdunarodnaya jizn” jurnalının baş redaktoru Armen Ohanesyanı nəzərdə tutur - red.) haradasa haqlıdır. Məqalə saxta faktlara əsaslansa da artıq yayınlanb və onu oxuyublar. Mənə o da maraqlıdır ki, az qala həyatın bütün sahələrinə nəzarət edən Rusiyanın dövlət institutlarından gözündən heç nə yayınmır. Demək, əgər rəsmi dərgidə Azərbaycan əleyhinə yazı yayınlanıbsa, buna yuxarılarda göz yumublar, bəlkə də xeyir-dua veriblər. İndi bizə düşən həmin erməni redaktorun söylədiyi kimi, hadisələrin Azərbaycan versiyasını həmin dərgidə yayınlamaqdır. Yox əgər yayınlamasalar, işə Azərbaycan Xarici İşlər Nazirliyi qarışmalıdır. Mən tam əminəm ki, Azərbaycan XİN-nin hansısa dərgisində Rusiyanı tənqid edən kiçik yazının yayınlanmasına belə imkan verməzdilər. İctimai Televiziyanın bir verilişində “Rusiya Krımı işğal edib” ifadəmi efirdən çıxartdılarsa, başqa nədən danışmaq olar ki? Biz başımızı quma soxmaqla deyil, Rusiya bildiyini edir, Ermənistana peşkəş verilən “İsgəndər” raketləri, birgə qoşun birlikləri, indi də əleyhimizə yayınlanan “elmi məqalə”...(koordinat.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar