Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya rəhbərliyinə müraciət: erməni təxribatı...

Tarix: 04-05-2019 07:42     Baxış: 3186 A- / A+
Rusiya rəhbərliyinə müraciət: erməni təxribatı...

Rusiyadakı Azərbaycan diaspor təşkilatları ermənilərin növbəti təxribat hazırlığı ilə bağlı Daxili İşlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıblar.

Manevr.az-ın ona-ya istinadən verdiyi məlumata görə, eyni müraciət məktubu Millətlərlə iş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov, Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri İldar Qilmutdinov və Moskva Meriyasının Milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitali Suçkova da ünvanlanıb.

Müraciətdə Rusiyadakı erməni diasporunun bir sıra təxribatları barədə bildirilib.

Qeyd olunub ki, Rusiyadakı erməni diasporu ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt Moskvada millətlərarası qarşıdurmaya gətirib çıxara biləcək təxribatlar törətməyi planlaşdırır.

Bu məqsədlərinə çatmaq üçün ermənilərin gənclərdən, tələbələrdən istifadə etdiyi vurğulanıb.

Aprelin 23-də Erməni Apostol Kilsəsinin həyətində planlaşdırdıqları təxribat məqsədli fləşmoba ictimai təşkilatların çoxsaylı müraciətlərindən sonra icazə verilmədiyi də xatırladılıb. Bildirilib ki, təxribatçılar indi də Moskvada Şuşanın “işğaldan azad olunması” şərəfinə tədbir keçirməyi planlaşdırıblar.

Mayın 7-də 18:30-da Maroseyka küçəsi 9 ünvanında Moskva Dövlət Universitetinin Erməni Tələbə Assosiasiyası Qarabağ müharibəsi “fədailəri” ilə görüş keçirməyi planlaşdırır.

Sosial şəbəkələrdə Moskva Dövlət Universitetinin məlum tədbirin tərəfdaşı olduğu haqda məlumat da yayılıb. Bununla da erməni diasporu Rusiyanın strateji tərəfdaşı olan suveren Azərbaycan dövlətinə və Rusiyanın azərbaycanlı vətəndaşlarına qarşı növbəti təxribata hazırlaşırlar.

Qeyd olunub ki, belə tədbirlər Moskvanın Azərbaycan və erməni icmalarının fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.

Həmçinin bildirilib ki, erməni diasporunun bu əməli Prezident Vladimir Putin tərəfindən təsdiq olunan Rusiyanın Milli siyasət Strategiyasına ziddir.

Bundan başqa, məktubda Şuşanın əzəli Azərbaycan torpağı olması haqda tarixi faktlar da əksini tapıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar