Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Misir Mərdanovdan Əli İnsanova sərt sözlər - Video

Tarix: 03-05-2019 20:15     Baxış: 3266 A- / A+
Misir Mərdanovdan Əli İnsanova sərt sözlər - Video

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosunda səsləndirdiyi əsassız açıqlamaya cavab verib.

Manevr.az-ın teleqraf.com-a istinadən məlumatına görə, institut direktoru Əli İnsanovu kəskin tənqid edib.

M.Mərdanov məsləhət görüb ki, Əli İnsanov vaxtilə söydüyü müxalifətə qoşulmaqdansa, 73 yaşından sonra nəvələri ilə oynasa, daha səmərəli iş görmüş olar: "Mən Əli İnsanova müraciət etmək istəyirəm. Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Camaatın nifrətinin qarşısında dayana biləcəksənmi? Mən yenə deyirəm, hələ ki gec deyil, bu yaramaz əməllərdən geri çəkilmək lazımdır. Sən yenidən gəlib aktiv siyasətə qoşula, hətta qoşulsan belə heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Əgər normal adam olsaydın, cənab Prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra sənə vaxtilə çörək vermiş, zirvələrə qaldırmış, nazir təyin etmiş Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərdin, onun qarşısında diz çökərdin və deyərdin ki, məni bağışla, səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar