Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tağı Əhmədov 3 milyonunu Eldar Mahmudovdan ala biləcəkmi...

Tarix: 03-05-2019 20:37     Baxış: 3242 A- / A+
Tağı Əhmədov 3 milyonunu Eldar Mahmudovdan ala biləcəkmi...

Ekspert deyir ki, sabiq metropoliten rəisi öncə həmin pulların mənbəyini göstərməlidir...

“Bakı Metropoliteni” QSC-nin uzun illər rəisi olmuş Tağı Əhmədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovdan 3 milyon manatını istəyir. Tağı Əhmədovun ibtidai istintaqa verdiyi ifadələrə əsasən həmin 3 milyon manatı ondan 2014-cü ildə rüşvət olaraq alıblar. 2015-ci ildə MTN-də məlum əməliyyat keçiriləndən sonra o da bir çoxları kimi Baş Perokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gedib və Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov haqda şikayət yazıb. Ondan pul alındığını iddia edib. Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vüqar Mahmudovun cinayət işi üzrə materiallar hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin icraatındadır.

Tağı Əhmədov zərərçəkən kimi tanındığı cinayət iş üzrə məhkəmədə keçirilən hazırlıq iclasına qatılmayıb. Hazırda Tağı Əhmədovun Vüqar Mahmudovdan, faktiki isə Eldar Mahmudovdan 3 milyon manat tələb etməsi müzakirə mövzusuna çevrilib. Sabiq rəisin bunca böyük məbləği haradan əldə etməsi, həmin məbləği niyə rüşvət olaraq verməsi sualları “havada uçuşur”. İstintaqın Tağı Əhmədovu zərərçəkən kimi tanımasının hüquqi baxımdan əsaslılığı şübhə altına alınır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda icbari qaydada bəyannamə verilməsi tələbi olmadığı üçün heç kəsə qarşı pullarının, var-dövlətinin mənbəyi haqda qanun çərçivəsində irad, ittiham irəli sürülə bilməz: “Əgər icbari qaydada bəyənnamə verilməsi tələbi olsaydı, o zaman Tağı Əhmədovu çağırıb ondan həmin o 3 milyon manatın mənbəyini açıqlamasını tələb edə bilərdilər. İctimai qınaq baxımından əlbəttə ki, hamı həmin gəlirlərin mənbəyini başa düşür. Amma qanun çərçivəsində Tağı Əhmədova belə ittiham irəli sürülə bilməz. Tağı Əhmədov da bunu bilir. Əlbəttə ki, bu şəxsləri çağırıb soruşan olsa, deyəcək ki, babamdan qalıb, nənəmin dayısının mirasıdır, bizə çatıb”.
Tağı Əhmədov 3 milyonunu Eldar Mahmudovdan ala biləcəkmi...

Əkrəm Həsənov Eldar Mahmudova münasibətinin neqativ olduğunu gizlətmir, deyir ki, sabiq nazirə kimin hansı münasibətdə olması önəmli deyil: “Cinayət prosesinin mülki prosesdən əsas fərqi odur ki, cinayət prosesində heç bir ciddi şübhə qalmamalıdır. Şəxsin günahkar olması tam şəkildə sübuta yetirilməlidir. Mülki prosesdə isə belə deyil. Əgər tərəf özünün doğruluğunu 51 faiz sübuta yetirirsə, qərarın onun xeyrinə çıxarılması üçün əsas yaranır. Cinayət işində belə deyil, heç bir şübhə qalmamalıdır. Qalırsa, şəxsə bəraət verilməlidir. Vüqar Mahmudovun işində çox ciddi şübhələr var - Tağı Əhmədov deyir ki, 3 milyonu məndən alıblar. Tağı Əhmədov bunu deyirsə, həmin 3 milyon manatın mənbəyini də göstərməlidir. Göstərdiyi mənbə tam ağlabatan olmadır. Yəni cinayət işinə baxan hakimdə pulun mənbəyi ilə bağlı heç bir şək-şübhə qalmamalıdır. İndiki halda Tağı Əhmədov məhkəmədə pulun mənbəyi ilə bağlı izahat verməli, pulların mənbəyini açıqlamalı, hakimi inandırmalıdır ki, həmin pullar məhz o göstərdiyi mənbədən qazanılıb”.

Əkrəm Həsənov deyir ki, Tağı Əhmədov ilk növbədə niyə həmin vaxt hüquq mühafizə orqanlaırna müraciət etməməsinin səbəbini açıqlamalıdır: “Deməlidir ki, qorxmuşam, çəkinmişəm və ya başqa səbəblər göstərməlidir, yəni niyə pul ondan tələb ediləndə bu haqda məlumat vermədiyini əsaslandırmalıdır. Bəlkə də Tağı Əhmədov düz deyir. O bu qədər pulu aparıb verib. Amma pulun mənbəyini göstərmədiyi üçün hər bir halda veriləcək qərar təqsirləndirilən şəxsin xeyrinə olmalıdır. Amma bu gün Azərbaycanda cinayət proseslərinin çox biabırçı şəkildə aparıldığını da bilirik. Nəinki 100 faizi, sübutun heç 20 faizi olmaya-olaya, sırf şübhələr əsasında insanları cinayətkar elan edirlər”.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar