Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

​Ərazilər bu tarixdə qaytarılacaq: müharibə...

Tarix: 03-05-2019 06:48     Baxış: 3210 A- / A+
​Ərazilər bu tarixdə qaytarılacaq: müharibə...

Kiyev Donbası beş il sonra qaytara biləcək.

Manevr . az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi İvan Aparşin bildirib.

Aparşin qeyd edib ki, əgər Zelenski administrasiyası Donbasın qaytarılmasına 5 il müddətində nail olmağı hesablayırsa, Krım məsələsinin həlli daha uzaq perspektivdir.

“Mən bu gün bizim ərazilərimizin hərbi yolla qaytarılması imkanlarını görmürəm”, - o əlavə edib.

Aparşin deyib ki, münaqişənin güc yolu ilə həllinə cəhd partnyorları Ukraynadan üz çevirməyə məcbur edəcək.

Qeyd edək ki, Ukraynada hakimiyyət dəyişikliyindən sonra - 2014-cü ilin aprelində ölkənin şərqində hərbi əməliyyatlar başlanıb. Döyüş əməliyyatlarının gedişatında Ukrayna Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə nəzarəti itirib.

Kiyev Rusiyanın Donbas separatçılarına aktiv dəstək göstərdiyini və burada Rusiyanın nizami ordusunun olduğunu bildirir, Moskvanı hərbi müdaxilədə ittiham edir.

Moskva isə münaqişə tərəfi olmadığını iddia edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar