Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin sərt tənqidinə “Azəriqaz”dan cavab

Tarix: 01-05-2019 15:57     Baxış: 3191 A- / A+
Prezidentin sərt tənqidinə “Azəriqaz”dan cavab

Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qeyd olunan halların qarşısının alınması üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydalarında yeniliklər tətbiq olunacaq.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Azəriqaz İB-in mətbuat katibi İbrahim Kərbalayev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətini tənqid etməsi və qurumun bəzi hallarda insanlara problemlər yaratması ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

İ.Kərbalayev bildirib ki, şikayətlər tam şəffaf şəkildə araşdırılaraq ictimaiyyətə məlumat veriləcək:

“Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq əhaliyə göstərilən xidmət keyfiyyətinin artırılması və istehlakçı məmnunluğunun təmin edilməsi məqsədilə hər il yeni tədbirlər həyata keçirilir. Göstərilən tədbirlər nəticəsində istehlakçıların qaz təminatı yaxşılaşdırılır, göstərilən xidmət keyfiyyəti artırılır. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, qeyd olunan halların qarşısının alınması üçün Azəriqaz İstehsalat Birliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydalarında yeniliklər olunacaq.

Artıq təkliflər və daxil olan şikayətlər toplanaraq komissiya tərəfindən baxılması işləri həyata keçirilir. Tam obyektiv və şəffaf şəkildə şikayətlər araşdırılaraq ictimaiyyətə məlumatlar veriləcək”.

İ.Kərbalayev bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq, mütəmadi olaraq iclaslar keçirilir. Şikayətlərə baxılması üçün də tədbirlər planı hazırlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətindən narazılıqları dilə gətirib.

Prezident bildirib ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır:

“Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar